Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Milli Məclis üzvündən 5 illik fəalyyətinə dair HESABAT

Milli Məclis üzvündən 5 illik fəalyyətinə dair HESABAT

11 saylı  Qaradağ   Seçki  Dairəsindən  dördüncü  çağırış Azərbaycan  Respublikası  Milli  Məclisinin deputatı Ağalar Vəliyevin 2010-2015-ci illər ərzində fəaliyyəti və yerinə yetirilmiş işlər barədə hesabatı açıqlanıb. 

Hesabatda qeyd olunur ki, daim öz fəaliyyətində ümummilli  liderimiz  Heydər Əliyevin müəyyənləşdirdiyi prinsipləri və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələri rəhbər tutan Ağalar Vəliyev tərəfindən ölkəmizdə həyata keçirilən  uğurlu dövlət siyasətinin dəstəklənməsi və onun hüquqi bazasının möhkəmləndirilməsi istiqamətlərində xeyli işlər görülüb.

Müvafiq qanunların tələblərinə uyğun olaraq qanunvericilik, təmsilçilik, nümayəndəlik funksiyalarının icrası ilə yanaşı, Qaradağ rayonunun ictimai-siyasi həyatında fəallıq göstərilməsi, 11 saylı Seçki Dairəsinə daxil olan 8 qəsəbənin sosial-iqtisadi problemlərinin həllinə köməklik edilməsi millət vəkilinin fəaliyyətinin prioritet istiqamətlərini təşkil edib.

Milli Məclisin İqtisadi siyasət komitəsinin  üzvü olaraq ölkədə həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının hüquqi əsaslarının təkmilləşdirilməsinə yönələn bir sıra qanunların, o cümlədən 2011-2015-ci illərin  “Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Qiymətləndirmə fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Patent haqqında”  və digər önəmli iqtisadi qanunların  hazırlanmasında fəal iştirak edib, qanunların qəbulunda nəzərə alınan  təkliflər verib.

A.Vəliyev ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü kimi Avropanın  müxtəlif  ölkələrində  keçirilən qış və yaz sessiyalarının, o  cümlədən cari ilin iyul ayında Finlandiyanın paytaxtı Helsinki şəhərində təşkil olunan ATIƏT-in 40 illik yubileyi münasibətilə təşkil olunan 24-cü illik sessiyasının  iştirakçısı olub və müzakirə olunan məsələlərə dair  ölkəmizin mənafeyinə uyğun prinsipial mövqeyimi nümayış etdirib.
Həmçinin Azərbaycan –Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi, dövlətlərimizin, parlamentlərimizin və xalqlarımızın mənafelərinə uyğun münasibətlərin formalaşdirilması üçün deputat  tərəfindən zəruri işlər aparılıb.

Ölkə  rəhbərlərinin qarşılıqlı əməkdaşlığının, eləcə də  parlamentlərin və   dostluq qruplarının birgə səmərəli fəaliyyətinin nəticəsidir ki,  22 dekabr 2014-cü il tarixində Sloveniya Parlamentinin Milli Şurasında Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyni dəstəkləyən qərar qəbul olunub.

Yeni Azərbaycan Partiyasının namizədi kimi parlamentdə təmsil olunan A.Vəliyev fəaliyyətinin ən önəmli istiqamətlərini ulu öndərimiz  Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna xidmətlərinin və möhtərəm prezident İlham Əliyevin rəhbərliyi altında son 12 il ərzində qazanılan, müasir dünya  tərəfindən  qəbul  olunan  uğurların  təbliği təşkil edib.

Belə ki, 2013-cü ilin oktyabrın 9-da keçirilən və Azərbaycanın gələcəyi üçün taleyüklü əhəmiyyət kəsb edən prezident seçkiləri ərəfəsində Yeni Azərbaycan Partiyasının Seçki Qərərgahı ilə birgə 11 saylı Qaradağ seçki dairəsinə daxil olan bütün qəsəbələrdə və əmək kollektivlərində çoxsaylı görüşlər zamanı dövlət başçımızın seçkiqabağı  təbliğat-təşviqat kampaniyasının təşkilində fəal iştirak edib, cənab İlham Əliyevin rəhbərliyi altında son illər ərzində istər daxili, istərsə də  xarici siyasət sahəsində qazanılan nailiyyətləri ehtiva edən geniş təbliğat işləri aparıb.

Eyni zamanda cənab Prezidentin təşəbbüsü və dəstəyi ilə müvafiq dövlət proqramları və infrastruktur layihələri çərçivəsində respublikamızın bütün reqionlarında, o cümlədən Qaradağ rayonunda həyata keçirilən quruculuq və abadlıq işləri kontekstində seçiçilərin sosial sifarişlərinin yerinə yetirilməsi məqsədi ilə millət vəkili tərəfindən əməli tədbirlər görülüb.

11 saylı Qaradağ Seçki Dairəsindən Milli Məclisin deputatı olaraq Qaradağ rayonunun qəsəbələrinin  seçiçiləri ilə keçirilən müntəzəm görüşlərdə, aparılan mütəmadi qəbullarda, vətəndaşların fərdi və kollektiv müraciətlərində  qaldırılan problemlərin həllinə köməklik göstərilməsi, məhəllədaxili yolların asfaltlanması, əhalinin enerji daşıyıcıları və komunal xidmətlərlə təminatının yaxşılaşdırılması  məqsədi ilə deputat tərəfindən  son beş il ərzində xeyli işlər görülüb. Belə ki, Sahil, Qobustan, Ələt, Müşfiqabad, Qızıldaş, Səngəçal, Ümid  və Çeyildağ qəsəbələrinin müxtəlif küçələrinə ümumilikdə  61 000 kv.metr sahəyə yeni asfalt örtüyü döşənib.

Sakinlərin elektrik enerjisi ilə təhçizatının normallaşdırılması  üçün Ələt qəsəbəsində 2 ədəd 400 kva-lıq, Qızıldaş qəsəbəsində 2 ədəd 630 kva-lıq, Səngəçal qəsəbəsində 1 ədəd 400 kva-lıq və 1 ədəd 600 kva-lıq  müasir elektrik transformatoru quraşdırılıb.
Ümid qəsəbəsində sel və lay sularının qarşısının alınmasını və ötürülməsini təmin edən  müasir tipli qurğular  tikilib.
Qaradağ rayonunun  qəsəbələrinin ayrı-ayrı ünvanlarında su və kanalizasiya xətlərinin əsaslı təmirinə zəruri köməklik göstərilib, Ələt qəsəbəsində 2200 p/metr uzunluğunda, Qobustan  qəsəbəsində 1100 p/metr uzunluğunda müxtəlif ölçülü yeni su boruları çəkilib.
Sahil, Səngəçal  və Müşfiqabad qəsəbələrində  çoxmərtəbəli  yaşayış binalarında  istismara yararsız vəziyyətdə olan  172 ədəd liftin əsaslı təmirinə köməklik göstərilməsi üçün  A.Vəliyev tərəfindən respublikanın aidiyyatı qurumları qarşısında məsələ qaldırılıb və hazırda həmin liftlərin yeniləri ilə əvəz olunması davam etməkdədir.

Xalqımızın xeyiriyəçilik, xeyirxahlıq və humanizm ənənələrinə uyğun olaraq millət vəkili tərəfindən Novruz və Qurban bayramları, Dunya  Azərbaycanlılarının  Həmrəylik  Günü  və   Yeni  il  münasibəti  ilə Qaradağ rayonunun 8 qəsəbəsinin xeyli sayda sakini üçün (şəhid, əlil və aztəminatlı  ailələrə) bayram sovqatları çatdırılıb, Ramazan bayramı münasibəti ilə qəsəbələrdə böyük iftar mərasimləri təşkil olunub.

Eyni  zamanda seçicilərlə keçirilən görüşlərdə və aparılan qəbullarda  fərdi qaydada müraciət etmiş  21 nəfər   ixtisaslarına  uyğun  işlə təmin olunub,  şəhid ailəsi, əlil,  tənha və  ahıl  insanlar  da daxil olmaqla ağır sosial vəziyyətdə yaşayan 123 seçicinin müalicəsinə,  evlərinin tikintisinə, mənzillərinin təmirinə, müxtəlif təyinatlı avadanlıqlarla və ləvazımatlarla təmin edilməsinə maliyyə yardımı göstərilib.
Milli, mənəvi və dini dəyərlərimizə hörmət əlaməti olaraq  bilavasitə   millət vəkilinin təşəbbüsü və dəstəyi  ilə  rayonun  imkansız  mömin seçicilərinin ölkə xaricindəki müqəddəs ziyarətgahlarda olması ücün 153 zəvvar  Məşhəd  ziyarətinə, 26 zəvvar isə Həcc ziyarətinə göndərilib.
Ölkə rəhbərliyinin insan kapitalının formalaşdırılması siyasətinin, təhsil sistemində aparılan islahatların  dəstəklənməsi və təlimdə nailiyyətləri olanların stimullaşdırılması məqsədi ilə 2011-2014-cü tədris illəri ərzində A.Vəliyev tərəfindən Qaradağ rayonunun 8 qəsəbəsinin 19  ümumtəhsil   məktəbinin I-XI siniflərinin 794 əlaçı  şagirdinə  fərqlənmə  təqaüdü verilib,  sentyabr ayında yeni tədris ilinin başlanması ərəfəsində daha 205 nəfər şagirdə əlaçılıq təqaüdü veriləcək ki, bununla da 5 il ərzində təqaüd alanların sayı 999 nəfərə çatacaq. Eyni zamanda millət vəkilinin təşəbbüsü ilə Qaradağ rayonunun 11 qəsəbəsindən 600-dən  yuxarı balla ali məktəblərə daxil olmuş 61 tələbəyə pul mükafatları təqdim edilib, 3 aztəminatlı tələbənin təhsil haqqı ödənilib, bir sıra  təhsil müəssisələrinə noutbuklar və kompyuter dəstləri hədiyyə olunub.

Arayışda qeyd olunan, eləcə də  digər  istiqamətlərdə  məqsədyönlü  işlərin  mütəmadi  olaraq  həyata keçirilməsi  bundan  sonra  da  davam  etdiriləcək. Və bu barədə məlumatlar ictimaiyyətə təqdim ediləcək.

Məlumat 11 saylı Qaradağ Seçki Dairəsindən dördüncü çağırış Azərbaycan Respublikası Mılli Məclisinin deputatı Ağalar Vəliyevin ofisi tərəfindən təqdim edilib.

Milli Məclis üzvündən 5 illik fəalyyət HESABATI

Milli Məclis üzvündən 5 illik fəalyyət HESABATI

Milli Məclis üzvündən 5 illik fəalyyət HESABATI

Milli Məclis üzvündən 5 illik fəalyyət HESABATI

Milli Məclis üzvündən 5 illik fəalyyət HESABATI

Milli Məclis üzvündən 5 illik fəalyyət HESABATI

Milli Məclis üzvündən 5 illik fəalyyət HESABATI

Milli Məclis üzvündən 5 illik fəalyyət HESABATI

Milli Məclis üzvündən 5 illik fəalyyət HESABATI

Milli Məclis üzvündən 5 illik fəalyyət HESABATI

Milli Məclis üzvündən 5 illik fəalyyət HESABATI

Milli Məclis üzvündən 5 illik fəalyyət HESABATI

Milli Məclis üzvündən 5 illik fəalyyət HESABATI

Milli Məclis üzvündən 5 illik fəalyyət HESABATI

Milli Məclis üzvündən 5 illik fəalyyət HESABATI

Milli Məclis üzvündən 5 illik fəalyyət HESABATI

Milli Məclis üzvündən 5 illik fəalyyət HESABATI

Milli Məclis üzvündən 5 illik fəalyyət HESABATI

Milli Məclis üzvündən 5 illik fəalyyət HESABATI

Milli Məclis üzvündən 5 illik fəalyyət HESABATI

Milli Məclis üzvündən 5 illik fəalyyət HESABATI

Milli Məclis üzvündən 5 illik fəalyyət HESABATI

Milli Məclis üzvündən 5 illik fəalyyət HESABATI

Milli Məclis üzvündən 5 illik fəalyyət HESABATI

Milli Məclis üzvündən 5 illik fəalyyət HESABATI

Milli Məclis üzvündən 5 illik fəalyyət HESABATI

Milli Məclis üzvündən 5 illik fəalyyət HESABATI

Milli Məclis üzvündən 5 illik fəalyyət HESABATI

Milli Məclis üzvündən 5 illik fəalyyət HESABATI

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın