Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Milli Məclis Cəlal Əliyevi belə andı

Milli Məclis Cəlal Əliyevi belə andı

Milli Məclisin yaz sessiyasının ilk plenar iclası başlayıb.

Report xəbər verir ki, əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.

Daha sonra mərhum akademik Cəlal Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 16 məsələnin müzakirəsi daxil edilib.

İclasda Milli Məclisin İntizam və Hesablayıcı komissiyalarının yenidən formalaşdırılması, komitələrin yeni üzvlərinin təsdiqlənməsi, həmçinin parlamentin 2016-cı il yaz sessiyasının qanunvericilik işləri planının təsdiq olunması məsələlərinə baxılacaq.

Bundan başqa, gündəliyə Azərbaycanın bir neçə ölkələrlə imzaladığı hökumətlərarası sazişlərin təsdiqi məsələsi də daxil edilib.

Eyni zamanda, iclasda “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunlara, Miqrasiya, Cinayət Prosessual və İnzibati Xətalar məcəllələrinə, eləcə də bir sıra qanunlara əlavə və dəyişikliklər edilməsi məsələlərinə baxılacaq.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın