Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Siyasət / Milli Məclis bəzi qanun layihələrini müzakirəyə çıxarmayacaq – SİYAHI

Milli Məclis bəzi qanun layihələrini müzakirəyə çıxarmayacaq – SİYAHI

Milli Məclisin 2020-ci il payız sessiyasının işlər planına daxil edilən səkkiz qanun layihəsi bu il müzakirəyə çıxarılmayacaq.

Report xəbər verir ki, “Daxili qoşunlar haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Lombardlar haqqında”, “Reproduktiv sağlamlıq haqqında”, “Ali təhsil haqqında”, “Turizm haqqında”, “Kinematoqrafiya haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihələri işlər planına daxil ediləsə də parlamentin payız sessiyasında müzakirəyə təqdim olunmayacaq.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, qanunverici orqanın payız sessiyası sentyabrın 30-da başlayır, dekabrın 30-da başa çatır.

Həmçinin oxuyun

Oqtay Şirəliyev və Ramin Bayramlıya vurulan əslində nədir? – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sosial şəbəkələrdə səhiyyə naziri Oqtay Şirəliyev …