Cümə , Oktyabr 30 2020
Ana səhifə / Siyasət / Millət vəkillərinin yüksək vəzifədə işləyən övladları – SİYAHI

Millət vəkillərinin yüksək vəzifədə işləyən övladları – SİYAHI

12 gündən sonra – fevral ayının 9-da ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu, həm də o deməkdir ki, yaxın günlərdə hazırkı millət vəkillərinin səlahiyyət müddəti başa çatacaq.

Azərbaycanın tarixində ilk dəfə olaraq Milli Məclisin buraxılması haqqında qərar qəbul edən hazırkı millət vəkillərinin bir-çoxunun  övladları və yaxın qohumları müxtəlif sahələrdə yüksək vəzifə tutmaları ilə yadda qalıb.

Yaxın günlərdə millət vəkili statusunu itirəcək deputatların yüksək vəzifələrdə işləyən övladlarının və yaxınlarının siyahısını təqdim edirik:

– Millət vəkili, AMEA-nın vitse-prezidenti İsa Həbibbəylinin oğlanlarından biri – Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi, digər oğlu Səhət Həbibbəyli isə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədridir.

– Milli Məclisin üzvü, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının rəhbəri olan Səttar Möhbalıyevin oğlu və eyni zamanda da bu yaxınlarda vəzifədən azad olunan Prezidentin köməkçisi Əli Həsənovun kürəkəni – İsfəndiyar Möhbalıyev Xəzər rayonu Polis İdarəsinin rəisidir.

– Millət vəkili Aqil Abbasın oğlu – Tuncay Abbasov Suraxanı Rayon Polis İdarəsinin 30-cu bölməsinin rəisidir

– Deputat Elman Məmmədovun oğlu – polkovnik-leytenantı Elşad Məmmədov  Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisidir.

– Millət  vəkili, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlının oğlu Fəxri Kazımov  Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədridir.

– Millət vəkili, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun oğlu – Xəlil Bayramov Xətai rayon 34-cü Polis Bölməsinin rəisidir.

– Deputat Çingiz Qənizadənin oğlu – Elgiz Qənizadə Binəqədi rayon prokurorunun müavinidir.

– Deputat Flora Qasımovanın oğlu – polis polkovniki Elsevər Mirzəyev Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin rəis müavinidir.

– Millət vəkili Sahib Alıyevin qardaşı – Bayram Alıyev Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinin rəisidir.

– Milli Məclisin üzvü Vahid Əhmədovun oğlu – Zəfər Əhmədov Qaradağ rayonunun prokurorudur.

– Deputat İmamverdi İsmayılovun oğlu – polis mayoru İlkin İsmayılov Sumqayıt Şəhər Yol polisinin imtahan-qeydiyyat şöbəsinin rəisidir.

– Millət vəkili Hüseynbala Mirələmovun oğlu – polis-polkovniki Fərid Mirələmov Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin rəisi olub

– Deputat Ziyad Səmədzadənin oğlu Elşad Səmədzadə Azərbaycan İqtisadçılar İttifaqının  sədr müavinidir. Böyük qızı Aygün Səmədzadə tanınmış bəstəkardır. Kiçik qızı Aytən Səmədzadə isə “İqtisadiyyat” qəzetinin baş redaktorudur.

– Millət vəkili, Xalqa artisti Zeynəb Xanlarovanın oğlu Ramin Babayev Standarlaşma, Metrologiya və Patent üzrə Dövlət  Komitəsinin sədr müavini olub.

– Millət vəkili, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev “Səbail” Futbol Klubunun Müşahidə Şurasının sədri olub.  

– Millət vəkili  Əhliman Əmiraslanovun oğlu Tapdıq Əmiraslanov da Fövqəladə Hallar Nazirliyində müavin vəzifəsində işləyir.

– Millət vəkili, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun oğlanlarından biri Seymur Talıbov Naxçıvan Dövlət Universitetində prorektor, digər oğlu Rza Talıbov isə Dövlət Miqrasiya Xidmətində idarə rəisi vəzifəsində çalışır.  /Yeniavaz.com

Həmçinin oxuyun

Novella Cəfəroğlu: “İki adam tutulanda az qalırdı, başımıza bomba yağdırsınlar, indi isə…”

Dünyanın neoimperialist siyasət yürüdən güclərinin beynəlxalq hüququ istəyəndə ayaqları altına aldığını, özlərinə lazım gələndə başlarına …