Cümə axşamı , İyun 20 2019
Ana səhifə / Siyasət / Millət vəkili Rusiyanın anti-Azərbaycan qərarında Polad Bülbüloğlunu qınadı…

Millət vəkili Rusiyanın anti-Azərbaycan qərarında Polad Bülbüloğlunu qınadı…

“Bu birbaşa Rusiyadakı səfirliyimizin diplomatik korpus kimi deyil, istirahət mərkəzi kimi fəaliyyət göstərməsi ilə bağlıdır”

Rusiyanın Ali Məhkəməsi axır ki, Moskvanın reallıqda Azərbaycana hansı gözlə baxdığını əyani şəkildə ortaya qoyaraq Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyətini qadağan etdi.
Rusiyanın bu qərarından bizlər millət və dövlət olaraq hansı nəticələri çıxarmalıyıq?

Millət vəkili Fazil Mustafa Moderator.az-ın bu sualına cavabında bildirib ki, Rusiya ilə bağlı daha ağıllı və məqsədyönlü siyatə aparmağa ehtiyac var:

“Rusiyanın bu qərarı Azərbaycana qarşı dostcasına olmayan bir davranışdır. Bununla belə, yenə də gündəmə xaricdə təşkilatlanma qabiliyyətimizin zəifliyi məsələsi gəlir. Bu birbaşa Rusiyadakı səfirliyimizin diplomatik korpus kimi deyil, istirahət mərkəzi kimi fəaliyyət göstərməsi ilə bağlıdır. Azərbaycanlıları bir araya gətirən, oradakı soydaşlarımızın potensialını düzgün yönləndirən bir fəaliyyət və anlayış olmadığına görə hətta zəif bir təşkilatı da hüquqi cəhətdən qorumağı bacarmadılar. Rusiya ilə bağlı daha ağıllı və məqsədyönlü fəaliyyətə ehtiyac var. Əlbəttə, bir təşkilatın yasaqlanması dünyanın sonu deyil, həm də bu təşkilat azərbaycanlıların maraqlarını da dolğun ifadə etmək imkanına sahib deyildi. Bununla belə, baş verənlərdən ciddi nəticə çıxararaq oradakı azərbaycanlıların yenidən və sağlam zəmində doğru ideya üzərində təşkilatlanmasına ehtiyac yaranmışdı. Bunun üçün isə ilk öncə rəsmi diplomatik korpusun peşəkarlığını və Azərbaycana bağlılığını təmin etmək lazımdır. Ümumilikdə isə qonşu ölkələrdəki səfirliklərə, xüsusilə də Rusiya, Türkiyə və İrandakı diplomatik korpuslarımıza  bir çox hallarda istirahət və ya təqaüd yeri kimi baxılması ənənəsinə son qoyulmalıdır. Buraya daha ciddi və təşəbbüskar insanların göndərilməsi vacibdir ki, problemlərin qarşısını vaxtında almaq mümkün olsun”.

Həmçinin oxuyun

Elçibəy Kələkiyə getməsə idi, vətəndaş müharibəsi olacaqdımı?

26 il öncə bu günlərdə xalq arasında müzakirə olunan əsas  məsələ Azərbaycanın ikinci Prezidenti Əbülfəz …

Bir cavab yazın