Çərşənbə axşamı , Oktyabr 22 2019
Ana səhifə / Siyasət / Millət vəkili “Beynəlxalq Qüds günü keçirənlərə səsləndi: “Niyə Şuşa yadınıza düşmür…?”

Millət vəkili “Beynəlxalq Qüds günü keçirənlərə səsləndi: “Niyə Şuşa yadınıza düşmür…?”

Mən hər bir işdə əlahəzrət məntiqi görməyə çalışan admam. Bakıdakı İran Səfirliyinin təşkilatçılığı ilə “Beynəlxalq Qüds günü və işğalçılığa qarşı İslam dünyasının həmrəyliyi” adlı konfrans keçirilib.

Tədbirin keçirilməsi niyyəti ilə işim yox, Qüdslə bağlı problemi diqqət mərkəzinə gətirmək istəyiblər. Hər il bu adda tədbirlər keçirilir və müsəlmanların Qüds üzərindən İzraillə barışmazlığını nümayiş etdirirlər. Ancaq məni düşündürən budur ki, niyə İran Səfirliyi hələ də hər ilin 8 may günündə “Beynəlxalq Şuşa günü və işğalçılığa qarşı İslam dünyasının həmrəyliyi” adlı konfrans keçirmir?
Axı bizlər də müsəlman olaraq bilmək istəyirik ki, Qarabağ məsələsində, Şuşa məsələsində İslam dünyasında işğalçılara qarşı həmrəy olanlarla işğalçılarla həmrəy olanlar kimlərdir? Niyə Qüds məsələsində işğalçılara qarşı həmrəy olmaq şərəfli bir davranış sayılır, ancaq Şuşa məsələsində işğalçılarla həmrəy olmaq şərəfsizlik sayılmır? Bu cür tədbirlərdə iştirak edənlər əgər Azərbaycan təəssübünü çəkirlərsə, Qarabağ acısını yaşayırlarsa, arada bu tədbirin təşkilatçılarına yuxarıda qeyd etdiyim sualı versələr, xəncərlərinin qaşı düşməz ki?!

 
Fazil Mustafa, millət vəkili

Həmçinin oxuyun

Əli Kərimlinin obrazı: “Yurd” sədrinin şousu nəyə hesablanmışdı? – TƏHLİL

19 oktyabrda Milli Şura Bakıda razılaşdırılmamış aksiya keçirməyə cəhd etdi. Hökumət aksiyanın həmin gün saat …

Bir cavab yazın