Cümə axşamı , Sentyabr 16 2021
Ana səhifə / Siyasət / MHP Şuşada məktəb inşasından imtina etdi – Açıqlama

MHP Şuşada məktəb inşasından imtina etdi – Açıqlama

MHP lideri Dövlət Baxçalı Şuşada tikiləcək məktəblə bağlı “twit” atıb.

Baxçalı öz “Twitter” hesabında yazıb:

“16 yanvar 2021-ci ildə sosial mediada verdiyim bir açıqlama ilə Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfi təşəbbüsü ilə Qarabağ qələbəsindən sonra Şuşada Azərbaycanın intellektual və bədii həyatında görkəmli yeri olan doqquz sinifli bir məktəb inşa etməyi öhdəmizə götürdük. Bu çərçivədə layihəmizi hazırladıq və ictimaiyyətlə paylaşdıq.

Hədəflədiyimiz məktəbə Azərbaycan Dövlət Himninin bəstəkarı və Şuşada anadan olan mərhum Üzeyir Hacıbəylinin adını verməyi planlaşdırmışdıq. Sözügedən məktəbin təməlqoyma günü kimi 30 yanvar 2021-ci il olmalı idi”.

Baxçalı bəzi səbəblərə görə, Milliyyətçi Hərəkat Partiyasının Şuşada inşa etdirəcəyi məktəb layihəsindən imtina etdiyini bildirib. “Ancaq Azərbaycan rəhbərliyi layihəmizi qəbul etmədi və yeni və fərqli bir məktəb layihəsi hazırladı. Əlbəttə ki, bu qənaət onların ən təbii haqqıdır və onlara hörmət etməkdən başqa çarəmiz qalmayacaq. 

Məktəbin tikintisini dəstəkləyən qardaşlarımızdan yardım və ianə adı altında yığılan pul təxirə salınmadan və eyni şəkildə qaytarılacaqdır”.

Həmçinin oxuyun

Hafiz Hacıyev intim videolardan danışdı: “Mən onsuz da lütəm…”

Tanınmış şəxslərin intim videolarının yayılması ilə bağlı xəbərlər gündəmdə qalmaqdadır. Hətta prezidentin sabiq köməkçisi Əli …