Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Meyiti 126 gün sonra tapılan neftçi dəfn edildi -Foto

Meyiti 126 gün sonra tapılan neftçi dəfn edildi -Foto

“Günəşli” yatağındakı 10 saylı özüldə baş vermiş qəza nəticəsində həlak olan neftçi, Xaçmaz rayonunun Xudat şəhər sakini Rzaxanov Edik Rivazin oğlu aprelin 8-də dəfn olunub.

Azinforum.az  Azərtac-a istinadən xəbər verir ki, dəfn mərasimində SOCAR-ın, rayon icra strukturlarının nümayəndələri və mərhumun yaxınları iştirak ediblər.

Edik Rzaxanov “28 May” neft və qazçıxarma idarəsinin 10 nömrəli dərin dəniz özülündə nəzarət ölçü cihazlarının çilingəri vəzifəsində çalışırdı. O, keçən il dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağında baş vermiş qəzada itkin düşən neftçilərdəndir.

“28 May” neft və qazçıxarma idarəsinin rəisi Rövşən Qarayev bildirib ki, dekabrın 4-də “Neft daşları”ndakı 501 nömrəli və “Günəşli” yatağındakı 10 nömrəli dəniz özüllərində baş verən qəzalar nəticəsində itkin düşən neftçilərin axtarışı davam etdirilir. 30 yaşlı Edik Rzaxanovun cəsədi aprelin 2-də Xəzər dənizinin Türkmənistan sahillərində aşkar edilib. DNT analizindən sonra aşkar edilmiş cəsədin ona məxsusluğu məlum olub. İdarə rəisi qəza nəticəsində həlak olan neftçilərin ailələrinin dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu da vurğulayıb.

Edik Rzaxanov 7 il öncə neftçi kimi çalışmağa başlamışdı. Onun üç azyaşlı övladı var.

Edik Rzaxanov Xaçmaz rayonu Xudat şəhərindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Meyiti 126 gün sonra tapılan neftçi dəfn edildi - Foto
Meyiti 126 gün sonra tapılan neftçi dəfn edildi - Foto

 

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın