Bazar , Yanvar 24 2021
Ana səhifə / Siyasət / Metyu Brayza: “Azərbaycan hökuməti məni və ailəmi terror təhdidlərindən qorudu”

Metyu Brayza: “Azərbaycan hökuməti məni və ailəmi terror təhdidlərindən qorudu”

ABŞ-ın Bakıdakı sabiq səfiri, Minsk qrupunun keçmiş amerikalı həmsədri Metyu Brayza Dövlət Departamentinin Azərbaycanı terror riski olan ikinci katerqoriyalı ölkələr sırasına daxil etməsinə münasibət bildirib.

M.Brayza AzVision.az-a açıqlamasında bildirib ki, məlum siyahıda Azərbaycan Almaniya, Böyük Britaniya və Fransa kimi ölkələrlə bir sırada yer alıb. Sabiq səfirin sözlərinə görə, Dövlət Departamentində turistlərə tövsiyədə terrorizm dərəcəsinə görə Azərbaycan və Fransa bir tutulur. Bundan əlavə Azərbaycan terror riski ilə əlaqədar ölkələrin ikinci kateqoriyasına daxil edilib.

“ABŞ Dövlət Departamenti münaqişə ilə əlaqədar vətəndaşlarına Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə, təmas xəttinə və Azərbaycan-Ermənistan sərhədi yaxınlığına səfərə getməməyi tövsiyə edib. Dağlıq Qarabağa dair tövsiyə Ermənistana aid bölmədə də yerləşdirilib.

Təcrübəmə əsasən deyə bilərəm ki, Dağlıq Qarabağ münaqişə zonasına yaxın olan Azərbaycanın regionlarında terrorizm və zorakılıq təhdidləri realdır. Mən ABŞ-ın Azərbaycandakı səfiri, həmçinin ATƏT-in Minsk qrupunun həmsədri olduğum vaxtlarda bütün diplomatik missiyanı, məni və ailəmi terror təhdidlərindən qoruduğu üçün daim Azərbaycan hökumətinə minnətdar olacağam”.

M. Brayza eyni zamanda Rusiya XİN-in mətbuat xidmətinin sözçüsü Mariya Zaxarovanın açıqlamasına da toxunub. Dipomat bildirib ki, Rusiya XİN rəsmisinin dediyi kimi ABŞ Dövlət Departamenti Azərbaycana səyahətlərin əleyhinə deyil. Departament ölkə vətəndaşlarına Azərbaycana səfər etməməyi tövsiyə etmir. Söhbət yalnız Dağlıq Qarabağ və Ermənistan-Azərbaycan sərhədlərinə səyahətlərdən gedir”.

2018-ci il üzrə Cənubi Qafqaz regionu ölkələrinə dair proqnozun olmadığını deyən Brayza ümid edir ki, ABŞ dövlət katibi Reks Tillerson münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyətinin aktivləşməsinə töhfə verəcək və bir neçə ay əvvəl yayılan şayiələrdən fərqli olaraq Minsk qrupu həmsədrinin maliyyələşməsini dayandırmayacaq.

Həmçinin oxuyun

Bakı İrəvandan bu yolla yeni ərazilər alacaq

Bakı və Ankara beynəlxalq meydanlarda Ermənistana qarşı fəaliyyət aparır. Bunu jurnalistlərə açıqlamasında erməni türkoloq Ruben …