Şənbə , Dekabr 5 2020
Ana səhifə / Siyasət / Metronun yeni keçidi damır – FOTOLAR

Metronun yeni keçidi damır – FOTOLAR

“Gənclik” metrostansiyasının bir müddət əvvəl istifadəyə verilmiş digər çıxışı da damır.

Publika.az xəbər verir ki, bu dəfə yağış suları stansiyanın keçmiş mehmanxana istiqamətindəki çıxışından stansiyanın içinə dammağa başlayıb.

Bu, dünən başlamış güclü yağışdan sonra xüsusən açıq-aydın hiss edilib. Təmirdən çıxmış keçidin tavanındakı yağış suları stansiyanın çıxışına damcılayır.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Publika.az-a açıqlamasında bunu ərazidə təmir-bərpa işlərinin aparılması ilə əsaslandırdı: “Ərazinin yuxarı hissəsində tikinti işləri aparılır. Lakin işi aparanlar drenajlar quraşdırmayıblar. Buna görə də su içəri axır. Yağış suları harasa axıdılmayanda, çökək yerə süzür. Gərək yuxarıdakı ərazidə metro ilə aidiyyəti olmayan təmir işləri tam başa çatdırılsın”.

 

Qeyd edək ki, “Gənclik” metrostansiyasının digər çıxışı da bir neçə gün bundan əvvəl dammağa başlayıb. Buna səbəb kimi, ərazidə yeni ticarət mərkəzinin inşası göstərilir.

 

 

Həmçinin oxuyun

Ceyhun Bayramovla Lavrov arasında telefon danışığı olub

Dekabrın 5-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı …

Bir cavab yazın