Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Metronun “Elmlər Akademiyası” stansiyasına güclü su sızır

Metronun “Elmlər Akademiyası” stansiyasına güclü su sızır

Bu dəqiqələrdə Bakı metrosunun “Elmlər Akademiyası” stansiyasının giriş-çıxışının tavanında güclü su sızıntısı var.

Bu barədə milli.az-a şahidlər xəbər ediblər. Hadisə yerindən fotolar göndərən sərnişinlər bildirirlər ki, stansiyanın eskalatorlarının yerləşdiyi ərazidə tavandan su axır.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev sayta açıqlamasında deyilənləri təsdiqləyib.

N.Paşayev bildirib ki, su sızıntısı eskalatorların üzərindədir. Hal-hazırda sızıntının qarşısı alınır.

Hadisəyə səbəb binada su borusunun partlamasıdır. Binaya suyun verilməsi müvəqqəti olaraq dayandırılıb.

Qurum rəsmisi əlavə edib ki, sərnişinlərin gediş-gəlişində heç bir problem yoxdur.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın