Cümə axşamı , Sentyabr 19 2019
Ana səhifə / Siyasət / MEHRİBAN ƏLİYEVAYA AÇIQ MƏKTUB

MEHRİBAN ƏLİYEVAYA AÇIQ MƏKTUB

Hörmətli Mehriban xanım , Avropanın idman tarixinə ilk möhürünü vuran Bakı 2015 Birinci Avropa Oyunları möhtəşəm başladığı yarışlarına elə möhtəşəm bağlanış mərasimi ilə də yekun vurdu. Bununla da bir daha Azərbaycan xalqı başladığı işin sonuna nida qoymaği bacardı. Yəni ki mən edirəm , edərəm. Bacarıram və bacararam. Və bu gücü hamı gördü. Birinci Avropa Oyunları dostlara bayram oldu , düşmənlərə isə sinə dağı. Birinci Avropa Oyunları yaşından , kimliyindən asılı olmayaraq bütün Azərbaycanlıları bir yumruq , bir güc arxasında birləşməyi göstərdi. Güc birlikdədir devizi ilə hər kəs eyni hədəfə doğru səfərbər oldu. Bu oyunlar dünyaya Azərbaycanın təkcə gücünü və nəyə qadir olmasını göstərmədi. Insanlara ruh yüksəkliyini , özünə inam hissini aşıladı. Baki 2015 möhtəşəmliyi ilə sübut etdi ki dövlət özünə arxayın və mübariz olanda hər şeyə qadirdi. Bu yarışlarda idmançılarımız 21 qızıl ,15 gümüş ,20 bürünc əldə edərək Azərbaycanı yarışda ikinci etdi. Qazanılan qələbələr daha böyük qələbəyə yaxın olduğumuzu göstərdi. Qarabağ uğrunda qazanacağımiz qələbəyə işarə etdi.
Hörmətli Mehriban xanım , qadın zəif sayılmasa da zərif qüvvə kimi tanınıb.Incə duyğuların daşıyıcıları kimi tanınıb. Hər şeydən öncə o anadır , və həyat mənbəyidir. Sizin timsalınızda bütün Avropa , bütün dünya Azərbaycan qadınının nəyə qadir olduğunu gördü. Birinci Avropa Oyunlarının təşkilat komitəsinin sədri olaraq bir xanım üçün ən çətin, və ən ağır bir yükün altına keçdiniz. Hər halda bu yük, fərqli yük idi. Bir xanım üçün olduqca ağır ola bilərdi. Ağırlığı qədər də məsuliyyəti var idi. Ilk dəfə keçiriləcək bir yarışın böyük həyacanı yaşanırdı. Biz burda Avropaya qucaq açdığımız , qonaqpərvərliyimizi ,səmimiyyətimizi göstərdiyimiz halda Avropadan bizə qarşı oynanılan oyunları da gözəl görürdük. Amma bu çirkin piarlar oyunlara kölgə salmağı bacarmadı .Sizin gərgin əməyiniz sayəsində Azərbaycan bu sınaqdan üzü ağ çıxdı. Ölkəmiz bir daha tanındı. Birinci Avropa oyunlarında qalib gəlmiş idmançılar, onların məşqçiləri, idman ictimaiyyətinin nümayəndələri və xarici tərəfdaşlarla keçirilən görüşdəki çıxışınız vətənpərvərlikdən irəli gəlirdi . “17 gün ərzində Azərbaycan xalqı bir komanda və siz bu komandanin şərəfli kapitani idiniz. Belə olan halda əlbəttə, qalib gəlməmək mümkün deyildi. Vətənimizə, doğma Azərbaycanımıza xidmət etmək ən böyük şərəfdir. Xidmətimizin nəticələrini görüb yaşamaq ən böyük xoşbəxtlikdir. Cənab prezident, biz hər birimiz ölkəmizin əsgəriyik və Azərbaycanın gələcəyi naminə tam gücümüzlə xidmət etməyə hazırıq” sözlərinizlə bizi qələbəyə səslədiniz

Hörmətli Mehriban xanım, siz bütün Azərbaycan xanımlarında ruh yüksəkliyi yaratdınız .Siz biz xanımlara qəhramanlığı öyrətdiniz.  “Aslanın erkəyi dişisi olmaz” deyimini bir daha xatırlatdınız. Biz öyrəndik ki, zərif olduğumuz halda belə çox böyük işlərin öhdəsindən gələ bilərik. Hələ tarixin bütün mərhələlətində Azərbaycan qadınının hansı rol oynadığını , onun qəhramanlığını , əski tariximizdə xanımlarımızın rolunu yalniz kitablardan oxumuşduq. Bəzən bu bizə elə nağıl kimi gəlirdi. Məhz sizin bu gün göstərdiyiniz şücaət o nağılların həqiqət olduğunu bizə inandırdı. Biz Azərbaycan qadınları bir daha inandıq ki, biz çox güclüyük!

Ləman Süleymanova – həkim , dietoloq

lem

Həmçinin oxuyun

“Azərbaycan nəinki zəngin neft və qaz yataqlarının işlənməsinə və enerji resurslarının hasilatına…” – Əli Həsənov

Azinforum.az Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Əsrin müqaviləsi”- Azərbaycanı qlobal dünya …

Bir cavab yazın