Bazar , Yanvar 24 2021
Ana səhifə / Siyasət / Mehriban Əliyevanın prezidentliyə namizədliyi yenə də gündəmdə – Qobustandan dəstək…

Mehriban Əliyevanın prezidentliyə namizədliyi yenə də gündəmdə – Qobustandan dəstək…

Hacı Əbdülün hərəkatı bölgələrdə təbliğatı fəallaşdırır…

Vətən Naminə Xalq Birliyi (VNXB) hərəkatının növbəti tədbiri bu dəfə Qobustan qəsəbəsində baş tutub.
Hərəkatın mətbuat xidmətindən Moderator.az-a  verilən məlumata görə, tədbiri giriş sözü ilə Birliyin Qobustan üzrə nümayəndəsi Mehdixan Şahpələngov açıb.
O, yerli sakinlərin dəvətini qəbul edib məclisdə iştirak etdiyinə qörə hərəkatın sədri Hacı Əbdül Əbdülova təşəkkür etdikdən sonra gündəlikdə duran məsələlər haqqında danışıb. Natiq çıxışında  hərəkat üzvlərinin qarşıdan gələn prezident seçkilərində namizədlər arasında 1-ci vitse prezident Mehriban xanımı da görmək istəyini ifadə edib.
Məclisdə çıxış edən hərəkat sədri Hacı Əbdül yerli sakinlərə dəvət üçün təşəkkür edib. Nitqinə davam edən Hacı  2012-ci ildə  yaradılan bu hərəkatın başlica məqsədinin Prezident cənab İlham Əliyev və onun xanımı, ömür gün yoldaşı, 1-ci Vitse prezident Mehriban xanım Əliyevanın siyasi kursunun dəstəklənməsi, sadə insanların onların ətrafında daha sıx birləşməsini təmin etmək, bununla da dövlət və xalq arasında narazılıq, təfriqə yaratmaq istəyən xain qüvvələrin ifşa edilməsi olduğunu bildirib. “Dövlətçiliyi qorumaq təkcə məmurların yox, həm də sadə insanların birbaşa vətəndaşlıq borcudur. Ölkəmiz ətrafında baş verən hadisələrdən, müharibə və qətliamlardan narahat olmamaq mümkün deyildir. Azərbaycanı müharibə və təfriqələrə çəkmək istəyən qüvvələr qarşıdan gələn seçkilərdə bütün vasitələrdən istifadə edərək, dövlətimizi zəiflətməyə çalışacaqlar. Bu qüvvələrin, dövlətimizin, onun rəhbəri cənab İlham Əliyevin və 1-ci Vitse prezident Mehriban xanımın yeritdiyi müstəqil, olduqca düşünülmüş, hədəfi yalnız xalqımızın əmin-amanlıqda yaşamasını təmin etmək olan siyasətini gözləri qötürmür. Amma onların fikri bizi heç narahat etmir. Çünki bu gün Azərbaycan xalqı 1990-cı illərin əvvəlindəki xalq deyildir.  İndi bu xalg öz pəhbərini başa düşür, onun  siyasətini dəstəkləyir və İlham Əliyev-Mehriban Əliyeva birliyinin zəhmətini qiymətləndirir. Biz aqsaqqallar onların yürütdüyü siyasəti gənclərimizə açıqlamalı və anlatmalıyıq. Başa salmalıyıq ki, düşdüyümüz Qarabağ bəlası, iqtisadi çətinlik rəhbərliyin yox, məhz Azərbaycanı gözü götürməyən xarici qüvvələrin və onların daxili muzdurlarının, öz mənafeyini hər şeydən üstün tutan satqınların fəaliyyətin nəticəsidir. Bu baxımdan 2018-ci il seçkiləri  böyük əhəmiyyət daşıyır. Ölkəmiz demokratik ölkədir, kim istəyir, namizədliyini verə bilər. Amma cənab İlham Əliyevlə seçkidə mübarizə aparacaq  başqa bir güclü namizəd yoxdu, ona layiq yeganə alternativ namizəd xalqımızın sevimli, mərd qızı Mehriban xanim ola bilər. Onlar hər ikisi rəhbərliyə layiqdirlər və deyərdim ki, biri- birilərini tamamlayırlar. Bu xalqın əksəriyyətinin fikridir”- deyə VNXB lideri bildirib.
Növbəti natiq – Qobustan din xadimi Hacı Axund Adilşah Zərbəliyev sakinlərin və dindarların Hacı Əbdülün çıxışı ilə tam razı olduqlarını  söyləyib. Ruhani bəzi siyasətçilərin “din dövlətdən ayrıdır” ifadəsini düzgün başa düşmədiyini vurğulayaraq deyib: “Ölkəmiz dünyəvi ölkədir, amma bu o demək deyil ki, din xadimləri, ruhanilər və siravi dindarlar ictimai həyatdan təcrid olunmalıdır.  Bəli, din xadimlərinin seçilmək ixtiyarı yoxdu, amma seçmək huququnu heç kim onların əlindən almayıb. Bu baxımdan əgər Mehriban xanım şeçkilərdə iştirak etmək qərarı versə, bilsin ki, din xadimlərinin böyük əksəriyyəti onu dəstəkləyir. Bütün xeyirxah işləri üçün cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, onların övladlarına dua edirik”.
Hərəkatın yerli fəalı, şair-publisist, “Qızıl qələm” mükafatı laureatı Maqsud Qobustanlı öz çıxışına hərəkatın adının mənasına toxunmaqla başlayıb. “Bu gün xalqımız Vətən naminə  iş görmək istəyirsə, məhz cənab İlham Əliyevin və 1 ci Vitse prezident Mehriban Əliyevanın ətrafında six birləşməlidir”-söyləyən şair də bu istiqamətdəki fəaliyyətdə yerli ziyalıların hərakatın məqsəd və məramını tam dəstəktlədiklərini bildirib.
Digər natiqlər: yerli sakin İbrahimov Əlican, hərəkatın ictimai əlaqələr üzrə məsul şəxsi Kərimov Ələsgər öz çıxışlarında Mehriban xanımın Vətən, xalq üçün gördüyü coxsaylı xeyirxah işlərdən bəhs ediblər.
Tədbirin sonunda səs çoxluğu ilə Şahpələngov Mehdixan VNXB-nin Qobustan şöbəsinin rəhbəri seçilib.

Həmçinin oxuyun

Ərdoğan:”Türkiyənin PUA-ları Qarabağda olduğu kimi müharibə metodlarını dəyişdirib”

“Türkiyənin zərbə PUA-ları əldə etdiyi uğurlarla 44 günlük Qarabağ zəfərində olduğu kimi müharibə metodlarını da …