Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Mehriban Əliyeva yanğında xəsarət alanlara baş çəkdi

Mehriban Əliyeva yanğında xəsarət alanlara baş çəkdi

“Hadisənin səbəbkarları cəzalarını alacaqlar”

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ötən gün Bakıda baş verən yanğın nəticəsində yaralanaraq 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilən zərərçəkənlərə baş çəkib.

Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycanın birinci xanımına burada müalicə alanların səhhəti barədə məlumat verib.

Bildirilib ki, mayın 19-da paytaxtın Binəqədi rayonunda baş verən yanğın zamanı ümumilikdə 56 nəfər tibbi yardım üçün müraciət edib. Onlardan 15-nə yerindəcə tibbi yardım göstərilib, 41 nəfər isə xəstəxanalara yerləşdirilib. Xəstəxanalara yerləşdirilənlərdən 26-sı mayın 19-da buraxılıb. Bir nəfər isə həkimlərin səyinə baxmayaraq, dünən gecə dünyasını dəyişib. Beləliklə, yanğın zamanı ölənlərin sayı 15-ə çatıb. Hazırda 14 nəfərin xəstəxanalarda müalicəsi davam etdirilir. 1 nömrəli Bakı Kliniki Tibbi Mərkəzinin toksikologiya şöbəsində isə 12 xəstə müalicə alır. Xəsarət alanlardan üçü uşaqdır. Onlar üç, dörd və altı yaşlarındadırlar.

Məlumat verilib ki, hazırda xəstələrin vəziyyəti orta ağırdır və həyatları üçün təhlükə yoxdur.

Yanğın zamanı xəsarət alanlar dövlətimizin başçısı İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya onlara göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva yanğın zamanı xəsarət alanlarla söhbət edib. Bildirib ki, onların müalicəsinin yüksək səviyyədə aparılması və yanan binanın sakinlərinə dəyən maddi ziyanın ödənilməsi prezident İlham Əliyevin birbaşa nəzarətindədir.

Yanğın zamanı dünyasını dəyişənlərin ailələrinə başsağlığı verən Azərbaycanın birinci xanımı deyib ki, hadisənin səbəbkarları cəzalarını alacaqlar.

Mehriban Əliyeva xəstələrə şəfa diləyib, onların sağlamlıqlarının bərpa olunması işinin daha yüksək səviyyədə aparılması üçün tapşırıqlarını verib.

*   *   *12:27

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ötən gün Bakıda baş verən yanğın nəticəsində yaralanaraq 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilən zərərçəkənlərə baş çəkib.

Virtualaz.org 1news.az-a istinadən xəbər verir ki, yayılan məlumatı tibbi mərkəzin personalı da təsdiqləyib.

Qeyd edək ki, daha əvvəl Azərbaycan prezidenti İlham Əliyev yanğın yerinə baş çəkmişdi.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın