Cümə axşamı , İyun 24 2021
Ana səhifə / Siyasət / Mehriban Əliyeva onu təbrik edənlərə təşəkkür etdi

Mehriban Əliyeva onu təbrik edənlərə təşəkkür etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində paylaşım edib.
Azinforum.az-ın məlumatına görə, paylaşımda deyilir:

“Hörmətli həmvətənlər!

Rusiya Federasiyasının dövlət mükafatı – “Dostluq” ordeni ilə təltif edilməyim münasibətilə təbriklərinizə görə sizə dərin minnətdarlığımı bildirirəm. Rusiyaya rəsmi səfərim zamanı mənə ünvanladığınız xoş, səmimi sözlərə görə sizə təşəkkür edirəm.

Öz fəaliyyətimdə mən daim sizin dəstəyinizi hiss edirəm. Sizin mənə inamınız, xoş münasibətiniz və səmimiyyətlə uğurlar diləməyiniz mənim üçün ən gözəl ilham mənbəyidir.

Çox sağ olun!”.

Həmçinin oxuyun

Mais Bərxudarovun qardaşları da təltif olundu

Bu gün Prezident İlham Əliyev tərəfindən Vətən müharibəsindəki döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və …