Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Siyasət / Mehriban Əliyeva Matviyenko ilə görüşdü – Fotolar

Mehriban Əliyeva Matviyenko ilə görüşdü – Fotolar

Bu gün Birinci vitse-prezident Mehriban Əliyeva ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonu Azərbaycanda səmimi qəlbdən salamlayaraq, onun ölkəmizdə hər zaman arzuedilən qonaq olduğunu dedi. Mehriban Əliyeva rusiyalı qonağı yubileyi və təltif edildiyi mükafatlar münasibətilə təbrik etdi, Valentina Matviyenkoya möhkəm cansağlığı, gələcək fəaliyyətində yeni nailiyyətlər arzuladı. Birinci vitse-prezident Rusiya Federal Məclisi Federasiya Şurası sədrinin gördüyü işlərin əhəmiyyətini xüsusi vurğuladı, bu fəaliyyətin Azərbaycan ilə Rusiya arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə mühüm töhfə olduğunu deyib.

Azərbaycanda yenidən olmaqdan məmnunluğunu ifadə edən Valentina Matviyenko, ölkəmizə həmişə xoş niyyətlə gəldiyini söylədi. Qonaq Azərbaycanda göstərilən qonaqpərvərliyə və diqqətə görə minnətdarlığını bildirdi. Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Azərbaycan prezidenti İlham Əliyevlə görüşdüyünü, bu görüşün onun üçün böyük şərəf olduğunu bildirdi. Qonaq Prezident İlham Əliyev ilə Azərbaycan-Rusiya əlaqələrinin gələcək inkişafına dair fikir mübadiləsinin aparıldığını qeyd edib.

Həmçinin oxuyun

“Azərbaycanı dəstəkləyirik, Ermənistanla isə sadəcə qonşuyuq” – İran deputatı

İranda yaşayan erməni diasporunun fəaliyyəti Tehran ilə Bakı arasındakı münasibətlərə heç bir mənfi təsir göstərə …