Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Mehriban Əliyeva “Azərbaycan şəhərciyi”ndə – Fotolar

Mehriban Əliyeva “Azərbaycan şəhərciyi”ndə – Fotolar

Sentyabrın 19-da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə “Azərbaycan şəhərciyi”nin rəsmi açılışı olub.

Qafqazinfo” xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidentiMehriban Əliyeva tədbirdə iştirak edib. Paytaxt Parisdə, Eyfel qülləsinin yanındakı Jofr meydanında təşkil olunan “Azərbaycan şəhərciyi”nin rəsmi açılış mərasiminə, həmçinin Fransanın tanınmış ictimai-siyasi xadimləri qatılıblar.

Mehriban Əliyeva mərasimdə cıxış edərək artıq üç ildir ki, Parisdə bu layihə uğurla həyata keçirildiyini bildirib. “Mən şəhərciyin hazırlanmasında və həyata keçirilməsində əməyi olan hər bir insana, xüsusilə də Parisin 7-ci rayonunun meri, bizim əziz dostumuz Raşida xanım Datiyə və meriyanın bütün əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm”.

“Azərbaycan müstəqilliyini bərpa etməsinin 25 illiyini bu il qeyd edir. Bu illər ərzində Azərbaycan bir çox nailiyyətlərə imza atıb. Bu gün Azərbaycan regionun aparıcı dövlətidir. Cənubi Qafqazda həyata keçirilən bütün irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə, çox zaman Azərbaycanın təşəbbüsü ilə həyata keçirilir. Bu gün Azərbaycanda bütün sahələrdə sürətli inkişaf gedir. Biz təbii sərvətlərimizə, imkanlarımıza və ən əsası isə xalqımıza arxalanaraq bu nailiyyətləri əldə edirik və irəli gedirik”.
Qeyd edək ki, 2014-cü ildən etibarən artıq üçüncü ildir reallaşdırılan bu layihə Fransa sakinləri və turistlər arasında böyük maraq doğurduğundan bu dəfə “Azərbaycan şəhərciyi”nin konsepsiyası genişləndirilib. Sentyabrın 17-dən fəaliyyətə başlayan “Azərbaycan şəhərciyi” sentyabrın 25-dək davam edəcək.

Mehriban Əliyeva “Azərbaycan şəhərciyi”ndə  -  Fotolar

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın