Cümə axşamı , İyun 20 2019
Ana səhifə / Siyasət / Mehman Hüseynovdan etiraflar: Əli Kərimliyə növbəti “nokaut” zərbəsi

Mehman Hüseynovdan etiraflar: Əli Kərimliyə növbəti “nokaut” zərbəsi

Mehman Hüseynovun mətbuat konfransını izlədim, yəqin “hoya düşən” müxalifətçilər və onların liderləri də onun çıxışını izləmiş oldular. Onu Nelson Mandella, Chevagara ilə müqayisə edənlər, hərbi xidmətdə olmayan, ali təhsilsiz, heç bir xüsusi istedadı olmayan bu uşağı Mübariz İbrahimovla eyni tərəziyə qoyanlar, nitqi ilə şüuru arasında dərin bir rabitəsizliyin hökm sürdüyü Mehmanı nəhəng dövlət adamları ilə eyni gözdə görənlər peşman olmamış olmazlar. Nə gözləyirdiniz, nə umurdunuz? Mehman həbsdə olanda Əli Kərimli və onun naxırı hay-həşir saldı ki, bəs Mehman aclıq aksiyası keçirir, dilinə su da dəymir və s. Biz sizə deyirdik ki, Əli Kərimli Mehmanın həbsindən də istifadə edərək özünə divident qazanmağa çalışır, yuyulmamış qaşıq kimi böhtan-şər maşınını işə salıb özündən “qəhrəman” obrazı yaradır.., sizlər inanmadınız. Budur, Mehman artıq azadlıqdadır və mətbuat konfransı keçirərək bəyan elədi ki, aclıq aksiyası zamanı su da içib, süd də, üstəlik yoqurt da yeyirmiş. Uşaqdı, indi yenə özünü pis etməmək üçün deyir ki, guya o südü və süd məhsullarını qida hesab eləmir. Başa düşürük, yetim quzunu qoç kimi təqdim edəndə bu quzu da nəsə deməlidir də. Mehman Hüseynovun çıxışında bir neçə məqam diqqətimi çəkdi və o, Əli Kərimli başda olmaqla digər radikal müxalifət partiyalarının liderlərini də ifşa etmiş oldu. Birincisi, uzun müddətdir müxalifət düşərgəsində “Mehman 17 gün quru aclıq aksiyası keçirib, dilinə heç su da dəyməyib” iddiaları ifşa olundu. Mehman özü etiraf etdi ki, aclıq aksiyası zamanı cəmi 1 gün ac qalıb, daha sonra bu işin çətinliyini anlayıb və başlayıb su, süd içməyə, yoqurt yeməyə… Məqamdı, onu da demək yerinə düşər ki, Mehman ətrafında yaradılan şounun nəticəsi olaraq müxalifət liderləri xeyli qrantlar yedilər. İkincisi, Milli Şuranın başbilənləri sosial şəbəkələrdə çıxış edərək bildirirdilər ki, guya Mehmanın dövlət başçısına müraciət etməsi yalandır və həmin müraciətə Mehman özü imza atmayıb. Mehman isə mətabuat konfransında bu məsələyə belə münasibət bildirdi: “Prezidentə müraciətə də imzanı özüm atmışam. Çox adam fikirləşə bilər ki, Mehman bunu boynundan atacaq. Xeyr, özüm etmişəm”. Üçüncüsü, Mehman özü qardaşı Emin Hüseynov haqqında fikirləri bir çox mətləblərə aydınlıq gətirdi: “Mən onun elədiklərinə görə məsuliyyət daşımıram”. Dördüncüsü, Əli Kərimli və onun sosial şəbəkələrdəki trolları bütün günü təbliğat aparırdılar ki, guya hakimiyyət Mehmanı 19 yanvar mitinqindən sonra qorxub azadlığa buraxıb. Guya bunun da əsas səbəbkarı Əli Kərimlidi. Sosial şəbəkələrdə Mehmandan təşəkkür uman cəbhəçilər fərqli mənzərə ilə rastlaşdılar: Mehman Əli Kərimlinin adını belə çəkmədi, hətta mətbuat konfransında bu məsələ ilə bağlı ona ünvanlanan suala da olduqca aqressiv şəkildə cavab verdi. Bu adam təşəkkürü dövlət başçısına etməlidir, yarıtmaz siyasətini cavan uşaqlar üzərində quran siyasi dəllallara yox! Mehmanın mətbuat konfransı sosial şəbəkədə canlı yayımlanarkən cəbhəçilər alçaldıcı, təhqiredici şərhlər yazaraq ondan tələb edirdilər ki, Əli Kərimliyə təşəkkür et, Nə oldu, bəs bundan əvvəl Mehman gözünüzün işığı idi!? Ən diqqətçəkən məqamlardan biri də o oldu ki, Mehman həbsxanadan çıxıb evə gəlir və orada düz qapının ağzında Əli Kərimli ilə rastlaşır. Elə ordaca jurnalistlərin heç bir sualına cavab verməyəcəyini bildirən Mehman Ə.Kərimlinin niyyətini də gözündə qoyur. Ə.Kərimli gözləyirdi ki, Mehman odlu-alovlu danışıb hakimiyyəti ittiham edəcək və sonda Ə.Kərimliyə də təşəkkür edəcək. Amma belə olmadı, Mehman öz evindən Ə.Kərimlini mədəni şəkildə qovdu, heç əyləşməyə belə dəvət etmədi. Ə.Kərimli də pərt durumdan çıxmaq üçün 2-3 kəlmə söz deyib çıxıb getdi. Və Mehma orda bir kəlmə işlətdi: “Mənim həbsimdən kimlər istifadəe etmək istədi, bu barədə də danışacam”. Həmin vaxt Ə.Kərimlinin üz cizgilərini görmək maraqlı idi. Qısası, qarışqa canlardan fil düzəldib bu cəmiyyətə sırımaq istədiyiniz vaxt növbəti dəfə gülünc vəziyyətə düşürsünüz, ilqarlar, mehmanlar həbsdən çıxar-çıxmaz bütün ümidlərinizi darmadağın edir. Odur ki, bir az soyuqqanlı olun, müdrik davranın, öncə özünüzü düzəldin, sonra ölkəni düzəltməyə qalxın.

Samir Feyruzov

Həmçinin oxuyun

Gürcüstanda rusiyalı deputata görə qalmaqal qopdu, Bakıda səfərdə olan spikerin istefası tələb edilir

Gürcüstanın “Vahid milli hərəkat” və “Avropa Gürcüstanı-azadlıq uğrunda hərəkat” partiyalarından olan müxalifətçi deputatlar spiker İrakli …