Çərşənbə axşamı , İyun 25 2019
Ana səhifə / Siyasət / Mehman Əliyev hansı polkovnikə adyutantlıq edir?

Mehman Əliyev hansı polkovnikə adyutantlıq edir?

Turan” Agentliyinin Əlikram Hümbətova qəfil sevgisinin qısa tarixçəsi

Bu günlərdə Mehman Əliyevin başçılıq etdiyi “Turan” Agentliyi Əlikram Hümbətovun Ermənistan kütləvi informasiya vasitələrinə verdiyi açıqlamanı yaydı. Əlikram Hümbətov verdiyi açıqlama ilə Ermənistan xüsusi xidmət orqanları ilə əlaqələrə malik olması heç kimə sirr olmayan Fəxrəddin Abbaszadənin müdafiəsinə qalxır, onun ölkəmizdə həbs olunması ilə bağlı sarsaq ittihamlar irəli sürür. Maraqlıdır ki, Ermənistan internet resursları Əlikram Hümbətovu “Talış-Muğan Muxtar Respublikasının prezidenti”, “Talış Milli Hərəkatının sədri” kimi təqdim edir, “Turan” Agentliyi isə onu “siyasi mühacir” kimi qələmə verir. Mehman Əliyevin agentliyinin təqdimatı eynilə belədir: “Niderlandda yaşayan azərbaycanlı siyasi mühacir Əlikram Hümbətov…”

Öncə ona baxaq ki, “siyasi mühacir” kimə deyirlər?

“Cenevrə sözləşməsi” kimi də tanınan, 1951-ci ildə BMT tərəfindən qəbul olunan konvensiyaya görə, mühacir- irqi, milli, dini, müəyyən bir sosial qrupa mənsubiyyətinə, yaxud siyasi baxışlarına görə zülmə uğradığı üçün öz ölkəsini tərk etmiş, başqa bir dövlətə sığınmış şəxsdir. Sadə dildə desək, bir insanı “siyasi mühacir” kimi təqdim etmək həmin şəxsin öz ölkəsində irqi, milli, dini mənsubiyyəti səbəbindən haqsızlıqla üzləşməsini, təzyiq və təqiblərə məruz qalmasını, zülmə uğramasını söyləmək deməkdir.

İndi “Turan” agentliyinin təqdimatından belə çıxır ki, Mehman Əliyev və əməkdaşları Əlikram Hümbətovun Azərbaycanda zülmə uğradığını düşünür, dolayı fəndlərlə bu barədə ictimai rəy yaratmağa çalışırlar.

Əlikram Hümbətovun kim olmasını Azərbaycan cəmiyyətinə izah etməyə, əslində, elə bir ehtiyac yoxdur. O, bir vətən xainidir! Ancaq yenə də onun Azərbaycana nə vaxt və necə xəyanət etməsinə qısaca bir nəzər salaq.

1993-cü ilin yayı Azərbaycanda olduqca qızmar keçirdi. Mərkəzi hakimiyyətə tabe olmayan Surət Hüseynov hərbi qiyam qaldırmış, AXC iqtidarının həmin qiyamı yatırmaq üçün hazırladığı əməliyyat baş tutmamış, obrazlı desək, Gəncəyə saqqal dalınca gedən dövlət təmsilçiləri bığlarından da məhrum olmuşdular. Bu olaylardan sonra ölkədə siyasi böhran yarandığından, mərkəzi hakimiyyət idarəçilik gücünü tamamən itirdiyindən Azərbaycanı param-parça etmək istəyən qüvvələr öz rıçaqlarını var gücü ilə işə salmışdılar. Bax, həmin rıçaqlardan biri də Əlikram Hümbətov idi.

Əlikram Hümbətov AXC-nin ilk təsisçilərindən biri olmuş, lakin 1990-cı ilin ikinci yarısında Sosial Demokrat Partiyasına keçmiş, təxminən bir ildən çox həmin təşkilatda fəaliyyət göstərmişdi. 1992-ci ildə sovet diviziyalarının qalıqları əsasında “Göytəpə batalyonu” adlanan hərbi birləşmə yaratmış, polkovnik rütbəsində müdafiə naziri Rəhim Qazıyevin müavini olmuşdu. Azərbaycan torpaqlarının işğalı prosesində faktiki olaraq ermənilərə yardım etmiş bu hərbi cani 1993-cü ilin iyun ayının 21-də 704 saylı silahlı birləşmənin gücünə arxalanaraq “Talış-Muğan Respublikası” adlı qondarma rejim yaratmış və Azərbaycanın 7 rayonunda dövlət binalarını zəbt edərək özünə “prezident” statusu vermişdi. Qondarma TMR öz fəaliyyətini heç də “Turan” Agantliyinin indi təqdim etməyə çalışdığı kimi, öz xoşuna dayandırmamışdı,məhz hakimiyyətə yenicə qayıtmış Heydər Əliyevin qətiyyətli və prinsipial mövqeyi, onun çağırışı ilə cənub bölgəsində xalqın ayağa qalxması və keçirilmiş uğurlu əməliyyat nəticəsində aradan qaldırılmışdı. Daha sonra Əlikram Hümbətov həbs olunmuş və bir müddət sonra Rəhim Qazıyevlə birlikdə MTN-nin təcridxanasından qaçırılmışdı…

Bundan sonrasını danışmağa lüzum yoxdur, hər kəs bilir. Ancaq Rəhim Qazıyevin, onun MN-də müavinləri olmuş Baba Nəzərlinin və Əlikram Hümbətovun MTN təcridxanasından qaçırılması həmin şəxslərin bağlı olduqları qüvvələri təxmin etməyə də kifayət qədər əsas verir. Söhbət Rusiya hərbi kəşfiyyatının bir qanadından gedir.

1993-cü ildə Əlikram Hümbətov Heydər Əliyevin istefa verməsi, Ayaz Mütəllibovun yenidən hakimiyyətə qayıtması, Surət Hüseynovun küll-ixtiyar sahibi olması, Rəhim Qazıyevin xəyalındakı vitse-prezident vəzifəsinə qovuşması üçün çalışırdı. Həbs olunduqdan sonra isə onun Avropa qurumlarında əsas müdafiəçisi, o cümlədən azadlığa çıxaraq Qərb ölkələrindən birində məskunlaşması üçün Leyla Yunus dəridən-qabıqdan çıxırdı. Bütün bu olub-bitənləri göz önünə gətirdikdə və 2013-cü ilin prezident seçkiləri ilə Rusiyadakı müəyyən dairələrin cızdığı ssenariləri də olayların üfüqünə daxil etdikdə məlum olur ki, vaxtilə Rəhim Qazıyevə həvalə edilən koordinatorluq missiyası hazırda başqa bir müstəvidə Leyla Yunusa tapşırılıb. Bir zamanlar Azərbaycan Müdafiə Nazirliyində analitik-informasiya xidmətinə rəhbərlik edən polkovnik Leyla Yunusun analitik-informasiya sahəsindəki adyutantı isə Mehman Əliyevdir.

Leyla və Arif Yunusları Azərbaycandan – Heydər Əliyev adına hava limanından kim yola salmışdı, bilirsinizmi?

Bəli, Mehman Əliyev!

“Xaç anası” olduğu Milli Şura layihəsində Leyla Yunusa əsas analitik-informasiya dəstəyini Mehman Əliyev vermirdimi? “Azadlıq” radiosunun efirində Leyla Yunusla birlikdə Rüstəm İbrahimbəyova “bəy tərifi” demirdilərmi? Onun namizədliyini elə həmin verilişdə “beynəlxalq layihə” adlandıran və daha sonra Rusiya prezidentinə Azərbaycanın iç işlərinə qarışması üçün ərizə yazan “Turan” Agentliyinin direktoru deyildimi? İbrahimbəyovun namizədlik xəyalı suya düşdükdən sonra Leyla Yunus və Mehman Əliyev nədən Milli Şurada qalmadı, bunu da bir düşünün!

Bütün bunlar göz önündə olan epizodlar, məqamlardır. Heç Mehman Əliyevin Leyla Yunusla birlikdə çoxsaylı qrant layihələri udması da kimsəyə sirr deyil.Onun məşhur Laura Baqdasaryanın “ictimai dialoq” projelərində Leyla Yunusun tövsiyyəsi ilə iştirak etməsi də bəllidir.

Ancaq bu günə qədər geniş ictimaiyyətə bəlli olmayan bir məqam da var. Bu məqamın üzə çıxmaması üçün Mehman Əliyev uzun illərdir Azərbaycan cəmiyyətinə nağıllar uydurub danışır. Belə ki, Mehman Əliyev vaxtilə Prezident Aparatının mətbuat xidmətinə məhz Leyla Yunus tərəfindən yerləşdirilib. Bu barədə mənə hələ Əbülfəz Elçibəy həyatda olarkən keçmiş prezidentə kifayət qədər yaxın olan şəxslərdən biri danışmışdı.

Bu yazını hazırlayarkən uzun illər öncə eşitidyim həmin məlumatı bir daha dəqiqləşdirmək istədim və qaynağıma yenidən müraciət etdim. Həmsöhbətim xatırlatdı ki, Elçibəyin bir illik hakimiyyəti dövründə prezidentin mətbuat xidmətinin rəhbəri tez-tez dəyişib. Müxtəlif aylarda Niyazi İbrahimli, Nəcəf Nəcəfov və Arif Əliyev prezidentin mətbuat katibi olublar. Mehman Əliyev prezidentin mətbuat xidmətində işə gətirilməsi üçün ən azı iki dəfə cəhd edilib:

“İlk dəfə həmin təklif reallaşmayıb. Səhv etmirəmsə, o, 1993-cü ilin mart ayında mətbuat xidmətində müavin postuna təyin edildi. Həmin dövrə qədər Arif Əliyevlə tanış idilər, bir yerdə işləmişdilər. Mehmandan soruşmaq lazım ki, bəs, niyə onun Prezident Aparatında, Mətbuat Xidmətində işə düzəlməsi Arif Əliyevin təşəbbüsü ilə gerçəkləşməyib? Nəyə görə Mehman Əliyev Arif Əliyevə dərhal deyil, üç-dörd ay sonra müavin təyin olunub? Onunla danışığı da Arif Əliyev deyil, Nəcəf Nəcəfov aparmışdı. Mehman Əliyevin şərtlərindən biri də o idi ki, 6 aydan sonra ona daha yüksək vəzifə, yəni Arif Əliyevin postu verilsin. Bu, Leyla Yunusun planı idi”.

Zənnimcə, el arasında “… turan” kimi tanınan bir agentliyin Əlikram Hümbətova informasiya xidməti göstərməsinin motivləri aydınlaşdı.

Həmçinin oxuyun

İmamoğlunun mandatı nə zaman veriləcək? – YSK sədrindən rəsmi açıqlama

İstanbulda yenilənən bələdiyyə seçkilərində həbsxanalar və səyyar seçki məntəqələri daxil olmaqla 31 min 342 məntəqədə …