Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Medvedev Heydər Əliyevin məzarı önündə

Medvedev Heydər Əliyevin məzarı önündə

Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev aprelin 8-də Fəxri xiyabana gələrək müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Virtualaz.org bildirir ki, Dmitri Medvedev Şəhidlər xiyabanını da ziyarət edib.

O, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Rusiya Hökumətinin sədrinə Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Dmitri Medvedev Azərbaycan paytaxtının mənzərəsini seyr edib.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın