Medvedev Azərbaycanla bağlı layihəni təsdiqlədi

Rusiyanın baş naziri Dmitri Medvedev Xəzər dənizi ölkələri arasında nəqliyyat sahəsi üzrə müqavilə layihəsini təsdiqləyib. Onun imzaladığı və dünən kabinetin saytında yayımlanmış fərmanla danışıqların keçirilməsi və müqavilənin bağlanması işləri ilə bağlı qərar verilib.

Aznews.az “TASS” informasiya agentliyinə istinadən bildirir ki, sənəddə Rusiya Xarici İşlər Nazirliyinin dəstəyi ilə Rusiya Nəqliyyat Nazirliyinin Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanla danışıqlar aparması və Rusiya Federasiyasının adından müqaviləni imzalaması ilə bağlı razılıq verilib. Həmçinin qeyd edilib ki, zəruri hallarda müqaviləyə qeyri-fundamental xarakter daşıyan dəyişikliklərin edilməsinə icazə verilib.

Müqavilənin məqsədi yüksək səviyyəli iş birliyi və inkişaf etmiş infrastrukturla Xəzər regionunu başlıca beynəlxalq nəqliyyat və logistik mərkəz olaraq formalaşdırmaqdır. Sazişin imzalandıqdan sonra tətbiq olunması Xəzəryanı ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə kömək edəcək.

Zdrave universal kremi zdrave forte