Ana səhifə / Siyasət / “Medical Plaza”nın həkimi jurnalistləri belə təhqir etdi

“Medical Plaza”nın həkimi jurnalistləri belə təhqir etdi

Bu günlərdə 7News.Az saytında Azərbaycanda fəaliyyət göstərən özəl klinikalardan biri olan “Medical Plaza”da xəstənin aldadılması ilə bağlı məlumat dərc etmişdik.

Y
azıda (http://www.7news.az/news/9828 ) Hacıyeva Aynur Adil qızınınadı çəkilən xəstəxanadaCərrahiyyə Tədris Mərkəzinin şöbə müdiri, cərrah Mübariz Əliyev tərəfindən aldadılması faktları göstərilmişdi.

Etdiyi dələduzluqdan kifayətlənməyən, qəhrəman həkim Mübariz Əliyev, növbəti dəfə öz qabiliyyətini ortaya qoyub.

Belə ki, bu dəfə jurnalistlərə və bütövlükdə 7News.Az redaksiyasına qarşı ciddi tərbiyəsizlik edən həkim, görünür arxasına kifayət qədər güvənir. Əgər belə olmasaydı, etdiyi uğursuz və səhv əməliyyatların mediada ifşasına daha ziyalıcasına və bugünün tələblərinə uyğun olaraq cavab verərdi.

İkinci bir məqam ondan ibarətdir ki, biz informasiya portalı olaraq Mübariz Əliyev kimi səriştəsiz bir həkimin qurbanı olan xanımın cəmiyyətə mesajını çatdırdıq. Bunu həzm edə bilməyən həkim isə redaksiyamızı ciddi təhdid və təhqirlərə məruz qoyur.

Cənab Prezident demək olar ki, hər çıxışında sosial statusundan asılı olmayaraq xalqa xidmət sahəsini seçən hər kəsə media ilə sağlam əlaqələrin qurulmasına önəm verməsinin vacibliyini vurğulayıb. Bütövlükdə ölkəmiz azad media sahəsindı kifayət qədər uğurlara imza atıb və atmaqdadır.

Bu mənada biz də 7News.Az redaksiyası olaraq HİPPOKRAT ANDINA sadiq olmayan, əksinə, cəmiyyətə, mediaya və ən əsası sıravi vətəndaşlara ciddi şəkildə təhdidtəhqir obyekinə çevrilən Mübariz Əliyev barədə Səhiyyə Nazirliyinə müraciət ünvanlamağı və digər aidiyyatı qurumlara, ölkə mediasına bəyanat göndərməyi qərarlaşdırmışıq.

Biz Mübariz Əliyevin sosial şəbəkələrdə ünvanımıza, bütövlükdə ölkə mediasına qarşı etdiyi tərbiyəsizliyi olduğu kimi təqdim edirik.

Şərhlərdən də aydın olur ki, bu həkimin əlinə düşən xəstə çətinki salamat qurtarsın.

Heç bir normal həkim, hansı şəraitdə olursa olsun, öz xəstəsini təhqir edə bilməz. Əgər bunu edirsə deməli o həkimin özünün ciddi şəkildə psixoloji problemləri var.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın