Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Medi Sina” klinikasına cinayət işi açıldı, əmlakına həbs qoyuldu

“Medi Sina” klinikasına cinayət işi açıldı, əmlakına həbs qoyuldu

Bu gün Bakı Apelyasiya Məhkəməsində Bakı Slavyan Universitetinin dekanı olmuş tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı açılan cinayət işi üzrə apelyasiya şikayətinə baxılıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim İkram Şirinov sədrlik edib.

Apelyasiya şikayəti qismən təmin olunub. Məhkəmə E.Tofiqqızının əməliyyatının həyata keçirildiyi “Medi Sina” klinikasının mənəvi zərər olaraq 20 min manat, həkimlərdən Firuz İbrahimovun 10 min manat, Mahir Məmmədov və Fərəcullah İdrisovun isə hər birinin 6 min manat təzminat ödəməsi barədə qərar verib.

Qərara əsasən “Medi Sina”klinikasının Elnarə Tofiqqızının ölümündə cinayətkarcasına davrandığını, Səhiyyə Nazirliyindən lisenziya almadığı halda, onkoloji əməliyyatın keçirilməsinə razı olmaqla qətlə şərait yaratdığını əsas gətirərək klinikaya qarşı cinayət işi qaldırıb və Baş Prokurorluğa göndərib.

Bundan başqa “Medi Sina” klinikasının bütün əmlakına həbs qoyulub. Əlavə olaraq klinika cərimələnib.

Qeyd edək ki, 1977-ci il təvəllüdlü E.Tofiqqızı ötən il sentyabrın 20-də Nəsimi rayonunda yerləşən “Medi Sina” tibb mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Məhkəmə-Tibbi Ekspertizasının rəyinə əsasən müəyyən edilib ki, E.Tofiqqızı üzərində anestezioloq düzgün anesteziya əməliyyatı aparmayıb. Nəticədə xəstənin ağciyərinin funksiyası pozulub və o, tənəffüs çatışmazlığından vəfat edib. Ötən il sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın