Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Siyasət / MDB ölkələri Hərbi Əməkdaşlıq Konsepsiyasını təsdiqlədilər

MDB ölkələri Hərbi Əməkdaşlıq Konsepsiyasını təsdiqlədilər

Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri 2025-ci ilə qədər olan dövr üçün Hərbi Əməkdaşlıq Konsepsiyasını təsdiqləyiblər.

“Report” xəbər verir ki, müvafiq qərar cümə günü MDB Dövlət Başçıları Şurasının iclasından sonra qəbul olunub.

Sənədə əsasən, hərbi əməkdaşlığın əsas məqsədi Birlik ölkələrinin və bütövlükdə qurumun sabit və ahəngdar inkişafının təmin edilməsi mənafeyi naminə MDB ölkələri arasında müdafiə və hərbi təhlükəsizlik sahəsində qarşılıqlı əlaqələrin sabit dinamikasını saxlamaqdır. Hərbi əməkdaşlığın prioritetləri mehriban qonşuluq münasibətlərini qorumaq, etimad tədbirlərini gücləndirmək, milli silahlı qüvvələrin inkişafını təşviq etmək və birgə və milli təhlükəsizliyi təmin etməkdir.

Qarşılıqlı fəaliyyətin prioritet istiqamətləri arasında hərbi, hərbi-siyasi, hərbi-texniki və hərbi-humanitar sahələr, beynəlxalq terrorizmə və digər müasir hərbi çağırışlara və təhdidlərə qarşı mübarizə, hərbi təhsil, hərbi kadrların hazırlanması, hərb elminin, sülhməramlı fəaliyyətin inkişafı, sosial-hüquqi sfera da yer alıb.

Həmçinin oxuyun

Oqtay Şirəliyev və Ramin Bayramlıya vurulan əslində nədir? – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sosial şəbəkələrdə səhiyyə naziri Oqtay Şirəliyev …