Ana səhifə / Siyasət / Mayın bir günü – 1 May

Mayın bir günü – 1 May

Bu gün mayın 1-dir. Bu, indi belədir, amma vaxt vardı, “bu gün 1 Maydır” deyərdik. İndi dünyanın bir çox ölkələrində elə deyənlər, bu günü təntənə ilə qeyd edənlər var.

Amma bir çox şeylər kimi, 1 May bayramı da əvvəlki təntənəsini, əzəmətini, təmtərağını birə yüz itirib. İndi onu bir qrup adamdan başqa bayram kimi qeyd edən yoxdur. Onlar da bu bayrama sırf ideoloji, bir az da nostalji prizmasından yanaşırlar.

Əslində isə bu, dünyanın bütün ölkələrində qeyd edilməli olan bir gündür. Çünki zəhmətkeşlər, əmək adamları dünyanın bütün ölkələrində var və onlar mütləq çoxluqdadırlar.

1 Mayı Avropa zəhmətkeşləri yaradıb. 19-cu əsrdə işçi hərəkatı güclü inkişaf edib, canlanıb. 1889-cu ilin iyulunda Parisdə toplanan II İnternasionalın 1-ci Konqresində 1 May tarixi dünya zəhmətkeşlərinin birlik, mübarizə günü olaraq qəbul edilib. Toplantıda hər ilin 1 may tarixini mitinqlər, aksiyalar və boykotlarla qeyd etmək qərarı alınıb.

O vaxtdan bəri bu gün zəhmətkeşlərin toplaşma günü kimi qeyd edilir. Kommunistlərin hökmran olduğu illərdə və dövlətlərdə 1 May bir qayda olaraq təntənə ilə qeyd edilər, dövlət rəhbərliklərinə alqışlarla müşayiət olunar, paradlarla keçərdi. Ancaq kapitalist ölkələrində 1 May həmişə etirazlarla, fəhlə-polis qarşıdurması ilə, həbslərlər yadda qalardı.

Qardaş Türkiyədə hələ də elədir. Mayın 1-də mütləq böyük şəhərlər savaş meydanına dönür. Bu da vaxtilə Türkiyədə kommunist rejimi qurmaq istəyən qüvvələrin ənənəyə çevirdiyi, ancaq hələ də unudulmayan bir hərəkatdır.

Bir sözlə, 1 May yaxşı, lazımlı, faydalı bayramdır, ancaq o, bir ideoloji platformanın, bir siyasi partiyanın inhisarında olanda eybəcər şəkil alır.

Hazırda postsovet ölkələrindəki neoburjuaziya və iqtidar komandalarının üzvlərinin hamısı vaxtilə 1 Mayda parad təşkil edənlərdir. Və onlar indi 1 Maya xor baxırlar.

Həmçinin oxuyun

Gürcüstanda 4 azərbaycanlı icra başçısı olmaq uğrunda mübarizə aparır

Bu gün Gürcüstan icra başçısı və bələdiyyə seçkiləri keçirilir. Qaynarinfo xəbər verir ki, azərbaycanlıların sıx yaşadıqları …

Bir cavab yazın