Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Maşınını yandıran əlil: “Problemim həll olundu”

Maşınını yandıran əlil: “Problemim həll olundu”

Qax rayonunda I qrup Qarabağ müharibəsi əlili Bəxtiyar Bayramov şəxsi avtomobilinə benzin tökərək yandırıb.
“Report”un verdiyi məlumata görə, bu gün səhər saatlarında baş verən hadisə yerinə Qax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin (RDYMH) iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub.
Yanğın söndürülüb. Alov nəticəsində avtomobil tamamilə yararsız vəziyyətə düşüb.
B.Bayramov “Report”a açıqlamasında törətdiyi əməldən peşman olduğunu bildirib: “Cəriməni ödəyə bilmədiyimə görə əlavə çıxış yolu görmədim. Əsəbləşərək şəxsi avtomobilimi yandırdım. Hazırda peşmanam, avtomobilsiz qalmışam. Qax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən problemlərim aradan qaldırıldı. Təşəkkür edirəm. Heç bir şikayətim yoxdur”.
Qeyd edək ki, iyunun 20-də Bəxtiyar Bayramov sürücülük hüququ olmadan idarə etdiyi “VAZ-2109” markalı 16 BA 253 dövlət qeydiyyat nişanlı avtomobillə Qax şəhəri, Heydər Əliyev prospektində maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi törədib. Onun barəsində toplanmış material tədbir görülməsi üçün Qax rayon Məhkəməsinə göndərilib.
O, məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə 400 manat məbləğində cərimələnib. Həmin cəriməni vaxtında ödəmədiyinə görə məbləğ 640 manata çatıb. Qax rayon Məhkəməsinin növbəti qərarı ilə onun nəqliyyat vasitəsini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılıb.
B.Bayramov dekabrın 13-də DİN-in 102 xidmətinə müraciət edərək, Qax rayon Məhkəməsi tərəfindən 400 manat cərimənin 6 ay müddətində sürücülük hüququndan məhrum olunması ilə əvəzlənməsinə baxmayaraq, Qax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən icra edilməməsi barədə məlumat verib.
Faktla bağlı Qax rayon Polis Şöbəsində xidməti yoxlama aparılır.

Həmçinin oxuyun

“G7” ölkələrindən Bakı və Yerevana çağırış

“G7” ölkələri Bakı və Yerevanı davamlı sülhə nail olmağa çağırıb. Qurum bölgədə gərginliyin yolverilməz olduğunu …

Bir cavab yazın