Bazar ertəsi , Noyabr 23 2020
Ana səhifə / Siyasət / Maşın alıb-satanların nəzərinə: gömrük depoziti ləğv olunur

Maşın alıb-satanların nəzərinə: gömrük depoziti ləğv olunur

“Gürcüstandan Azərbaycana gələn avtomobillərə görə tələb olunan depozitin aradan qaldırılması istiqamətində müzakirələr aparılır”.

Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.

DGK sədrinin sözlərinə görə, bu məsələ ölkə başçısı İlham Əliyevin Gürcüstana səfəri çərçivəsində bu ölkədə yaşayan azərbaycanlılar tərəfindən qaldırılıb.

“Bu, məcburi atılan bir addım idi. Bu sahədə artıq Sərhəd Qoşunlarının komandanlığı ilə razılaşmalar əldə olunub. Ümid edirik ki, 15-20 gündən gec olmayaraq depozit məsələsinin aradan qaldırılması istiqamətində razılıq əldə olunacaq” – deyə A.Əliyev bildirib.

Qeyd edək ki, Gürcüstandan Azərbaycana müvəqqəti gətirilən nəqliyyat vasitələrinə görə gömrük ödənişlərinin həcminə ekvivalent məbləğdə pul vəsaiti depozit hesaba qoyulmalıdır.

Həmçinin oxuyun

Elmira Axundova ilə bağlı AÇIQLAMA

Azərbaycanın Ukraynadakı səfirliyi bəzi KİV-lərin səfir Elmira Axundovanın müsahibəsinin ümumi kontekstindən çıxarılmış cümlənin tərcüməsinin təhrif …

Bir cavab yazın