Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Masallıda icra başçısına qarşı qiyam – kütləvi aclıq aksiyası

Masallıda icra başçısına qarşı qiyam – kütləvi aclıq aksiyası

Masallı ziyalılarının aclıq aksiyası davam edir.
“Masallı Ziyalıları” Ictimai Birliyinin sədri Məmmədağa Eynullayev “Azadlıq”a bildirib ki, bir neçə ziyalı səhhətindəki problemə görə aksiyanı dayandırıb. “Ümumilikdə 120 nəfər aksiyaya başlamışdı. Onlardan 10-a yaxını aksiyanı dayandırmaq məcburiyyətində qalıb. Aksiya müddətsizdir. Biz icra başçısı Rafil Hüseynovun qanunsuz əməllərinə son qoyulması üçün mübarizə aparırıq. Sona qədər mübarizə aparmaqda israrlıyıq”,- deyə Məmmədağa Eynullayev bildirib.
Onun sözlərinə görə, hələ ki, yerli rəhbərlik aksiyaya müdaxilə etməyib, iştirakçılara hər hansı təzyiq yoxdur: “Aksiyanı hər kəs öz evində keçirir. Ona görə müdaxilə məsələsi bir qədər müşküldür. Hələlik iştirakçılara təzyiq də yoxdur. Lakin istisna deyil ki, Masallı rəhbərliyi bunun qarşısını almağa cəhd etsin”.
Xatırladaq ki, Masallı ziyalıları rayonun icra başçısı Rafil Hüseynovun qanunsuzluqları ilə bağlı dəfələrlə ölkə başçısı Ilham Əliyevə müraciət ediblər.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın