Şənbə , May 28 2022
Ana səhifə / Siyasət / “Masa üstündə Qarabağa aid bircə sənəd də yoxdur” – Paşinyan

“Masa üstündə Qarabağa aid bircə sənəd də yoxdur” – Paşinyan

“9 noyabr 2020-ci il bəyanatından sonra masa üstündə Dağlıq Qarabağ tənzimləməsinə aid olan və ya dövriyyəyə buraxılan bir dənə də layihə və ya qaralama olmayıb və yoxdur”.

Bunu aprelin 22-də keçirilən hökumət iclasında baş nazir Nikol Paşinyan deyib. Qarabağın “təhvil verilməsinə” dair ittihamları dəf edən baş nazirin sözlərinə görə “Artsax (Qarabağ-red) əşya deyil ki” təhvil verilsin və ya verilməsin:

“Artsax (Qarabağ-red) ilk növbədə orda yaşayan insanlardır. Əgər biz Artsaxı (Qarabağ-red) təhvil vermiş olsaydıq, 44 günlük müharibədən sonra artsaxlıların (qarabağlıların-red) evlərinə qayıtmaları üçün milyardlarla dram xərcləməzdik. Mən bu barədə az-şox imzalanmaya yaxın hər hansı sənədin mövcudluğunu istisna, sadəcə olaraq istisna edirəm”.

Paşinyanın sözlərinə görə, hər hansı bir sənəd Qarabağ cəmiyyətinin bütün təbəqələri də daxil geniş ictimai müzakirə olunmalıdır. Baş nazir əlavə edib ki, ictimaiyyət hazırda Ermənistan və Azərbaycan arasında bütün danışıqlara aid sənədlərlə, Azərbaycanın 5 maddədən ibarət təklifi və Ermənistanın buna cavabı ilə tanışdır.

Paşinyan bunu da deyib ki, Ermənistan onun ərazisindən keçməklə Şərqi və Qərbi birləşdirəcək dəmir və avtomobil yollarının ən tez bir zamanda çəkilməsini istəyir.

Moskvada Rusiya prezidenti ilə imzaladığı bəyanatı yüksək qiymətləndirdiyini bildirən Paşinyan deyib ki, bu sənəddə regional kommunikasiyaların açılmasına dair mühüm razılaşmalar var.

Paşinyan çıxışı zamanı Moskvada imzaladığı bəyanata əsaslanaraq ATƏT-in Minsk qrupunun buraxılmasına dair iddiaları əsassız adlandırıb: “Danışıqların daha bir nəticəsi Dağlıq Qarabağ probleminin bütün siyasi nəticələri ilə həlli kontekstində ATƏT-in Minsk qrupu həmsdərliyi mandatının mühümlüyünün vurğulanmasıdır”.

Baş nazir deyib ki, ATƏT-in Minsk qrupunun fəaliyyətdə olmasına Rusiya, Fransa və ABŞ həmsədrlərinin Ermənistana bu yaxınlardakı səfərləri sübutdur. Bu da qeyd olunur ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyət göstərən İqor Xovayevi həm də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə Rusiya XİN-in xüsusi nümayəndəsi təyin edib.

Bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan etmişdi ki, ATƏT-in Minsk qrupu artıq mövcud deyil, çünki ABŞ və Fransa bu çərçivədə Moskva ilə əməkdaşlıq etmək istəmirlər.

Həmçinin oxuyun

Rəşad Nəbiyevin yeni müavinlərinin cavabdeh olacağı sahələr müəyyənləşib

Rəqəmsal İnkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə yeni təyin edilmiş müavinlər – Fərid Əhmədov və …