Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Marketlər “Palsüd” məhsullarını endirimsiz satır

Marketlər “Palsüd” məhsullarını endirimsiz satır

Şirkətin 10 faizlik endiriminə məhəl qoyulmur

Aztoday.az saytının yazdığına görə, “Palsüd” şirkəti mart ayının ikinci həftəsindən süd məhsullarına əlavə 10% endirim kampaniyasına start versə də, bəzi magaza və marketlər bu kampaniyadan öz çıxarları üçün istifadə edir və müştərilərini məlumatlandırmır. Bu informasiyanı adı çəkilən şirkətdən də təsdiq ediblər.

“Palmali” Bakı ofisinin mətbuat katibi Hüseyn Cəbrayıloğlu saytın reportyrouna bildirib: ”Açığı, bu barədə bizə məlumatlar daxil olub. Vətəndaşları şirkətimizin məhsullarını alarkən endirim kampaniyasından yararlanmağa çağırırıq. Mart ayının 22 nə qədər davam edəcək kampaniya çərçıvəsində məhsullarımıza 10% endirim davam edir. Daimi müştərilərimiz Əliəşrəf Əlizadə 29 ünvanındakı firma magazamıza da müraciət edə bilər”.
Onu da qeyd edək ki, ölkədə baş verən devalvasiyadan sonra əksər istehsal müəssisələri qiymət artımına getsə də, Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimovun sahibi olduğu “Palmali” şirkətinin nəzdində fəaliyyət göstərən “Palsüd” zavodu öz məhsullarında qiymətləri artırmayıb.

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın