Çərşənbə axşamı , İyul 23 2019
Ana səhifə / Siyasət / Maqsud Mahmudov: “Eldar Mahmudovun adamları Ali Məhkəmənin hakimini özlərinin xeyrinə qərar verməyə sürükləmək istəyirlər”

Maqsud Mahmudov: “Eldar Mahmudovun adamları Ali Məhkəmənin hakimini özlərinin xeyrinə qərar verməyə sürükləmək istəyirlər”

Sahibkar Eldar Mahmudovun adamlarının gizli planını açdı
“2015-ci ilin oktyabrında Eldar Mahmudov vəzifədən qovulanda ən çox sevinən təbəqə biz sahibkarlar olmuşduq. Başımıza gətirmədikləri oyun qalmamışdı. Qanunsuz həbs etdirdi, pulumuzu, varımızı əlimizdən alırdılar. 2-ci ildir ki, Eldar Mahmudov vəzifədə deyil, amma əlaltıları bizim başımıza oyun açmaqda davam edir.
İşim Ali Məhkəmədədir. Eşidirəm ki, plan qurublar, hakim Mehparə Əhmədovanın həyat yoldaşı MTN-də çalışıb, bu əlaqələrdən istifadə edib 2 məhkəmə instansiyasının xeyrimə çıxardığı qərarı ləğv etdirmək istəyirlər” – iş adamı Maqsud Mahmudov belə deyir.

M.Mahmudov deyir ki, 2016-cı ilin əvvəlində o, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin müstəntiqi Cavid Quluzadə və Azad İsmayılova qarşı iddia qaldırıb. Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edən iş adamı qeyd edib ki, Bakı-Sumqayıt yolunda yerləşən “Las Veqas” restoran kompleksi və “Mercedes C 300″ markalı, qara rəngli, Az 90 ZD 650 nömrə nişanlı maşını MTN əməkdaşları tərəfindən ondan zorla alınıb. Maşını müstəntiq Cavid Quluzadə əvvəlcə öz adına keçirib.
İşin mahiyyəti budur ki, 2015-ci ilin əvvəlində iş adamı Maqsud Mahmudov “Texnikabank”a müraciət edərək 1 milyon 500 min manat kredit alıb və özü də bilmədən “MTN çetesi”nin diqqət mərkəzinə düşüb. İş adamı həmin kreditin alınması üçün Bakı-Sumqayıt yolunda yerləşən “Las Veqas” restoran kompleksini girov qoyub. Kreditin alınmasından 3 ay sonra M.Mahmudovu “Texnikabank”ın Müşahidə Şurasının sədri vəzifəsini icra edən Ayaz Gərayzadə və müavini, Beynəlxalq Bankın sədri Cahangir Hacıyevin bacısı oğlu Cəmin Hacıyev çağırıblar. İş adamına qarşı ağlasığmaz tələb irəli sürülüb.
Ondan reket qaydasında 2020-ci ilədək geri qaytarmalı olduğu krediti 3 günə geri ödəmək tələb olunub. 3 gün sonra isə o, MTN-in istintaq şöbəsinin müstəntiqi Cavid Quluzadənin müşayiəti altında “Texnikabank”a, Cəmin Hacıyevin hüzuruna aparılıb. İş adamı MTN-ə aparılmaqla təhdid edilib, başına oyun açılacağı deyilib. Bundan sonra iş adamı pulu ödəmək iqtidarında olmadığını söyləyib. Onu MTN-çi müstəntiq və digərlərinin əhatəsində təhdid altında Sumqayıt şəhərində yerləşən notariuslardan birinə aparıblar. Orada “Las Veqas” restoran kompleksini özləri ilə gətirdikləri Azad İsmayılovun adına rəsmiləşdiriblər. Cəmin Hacıyev bununla da kifayətlənməyib, iş adamına hesabına 115 min dollar köçürtdürüb. Bundan başqa, M.Məmmədovun qardaşı oğlunun adına olan “Mercedes C 300″ markalı, qara rəngli, Az 90 ZD 650 nömrə nişanlı maşın müstəntiq Cavid Quluzadənin adına rəsmiləşdirilib. 2015-ci ilin oktyabrında MTN-də məlum ”təmizləmə”lərdən sonra iş adamı məhkəməyə üz tutub. O, restoranının, maşınının və əlindən alınan 115 min dolların geri qaytarılması iddiası ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Nərimanov Rayon Məhkəməsinin hakimi Abbas Əliyev iddianı araşdırıb və təmin edib. Hökmə görə, 2015-ci ildə “Las Veqas” restoranının M.Mahmudovun adından A.İsmayılovun adına rəsmiləşdirilməsi haqda müqavilə ləğv olunub. Müstəntiq Cavid Quluzadə barəsində xüsusi qərardad çıxarılaraq Baş Prokurorluğa göndərilib.
Həmin hökmlə 2015-ci il sentyabrın 17-də M.Mahmudovun qardaşı oğluna məxsus avtomaşının C.Quluzadənin adına keçirilməsi haqda müqavilə də qanunsuz hesab edilərək ləğv olunub. 1981-ci il təvəllüdlü Cəmin Hacıyev “Texnikabank” rəhbərliyinə Beynəlxalq Bankdan transfer olunub. 2012-ci ildə baş tutan bu transfer vasitəsilə Cahangir Hacıyev “Texnikabank”ı nəzarətdə saxlayıb. Hökmdən narazı qalan qarşı tərəf apelyasiya şikayəti verib. Şikayətə Bakı Apelyasiya Məhkəməsində hakim Sidqi Məmmədovun sədrliyi ilə baxılıb və 8 dekabr 2016-cı ilə təmin edilməməsi haqda qətnamə çıxarılıb. M.Mahmudov deyir ki, həmin qətnamə qüvvəyə minsə də, onun əmlakları özünə qaytarılmır: “Bu adamlar hədə-şantaj yolu ilə əmlaklarımı əlimdən alıblar. Güvəndikləri Eldar Mahmudov idi, onu da möhtərəm prezident vəzifəsindən qovdu. İndi isə vaxtilə onun ətrafında olan adamlar bir-birilərini müdafiə edirlər. Ona görə də ədliyyə naziri Fikrət Məmmədova və Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edirəm. Xahiş edirəm ki, bu işi nəzarətə götürüb qanunsuzluğa yol verilməsinin qarşısını alsınlar. Bir daha xatırladıram ki, bizə qarşı faktiki quldurluq olub. Nərimanov, ardınca da Bakı Apelyasiya Məhkəməsi qərar verib ki, maşın da, restoran da mənə qaytarılmalıdır. Eldar Mahmudov Azərbaycan qanunlarını saymadığı kimi, onun müstəntiqi də saymır, bu günə qədər məhkəmə qərarını icra etməyib, indi də Eldar Mahmudovun adamları Ali Məhkəmənin hakimi Mehparə Əhmədovanı özlərini xeyrinə qərar verməyə sürükləmək istəyirlər. Mən vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edirəm. Ondan kömək istəyirəm. Bu adamlar biz iş adamlarının əmlakını qəsb ediblər. İndi də Azərbaycan məhkəmələrini öz qanunsuzluqlarına şərik etmək istəyirlər”.

musavat.com

Həmçinin oxuyun

“Əli Həsənov barədə bu iddialar doğru deyil” – PA yetkilisi

Bəhruz Həsənov: “Prezidentinin köməkçisi haqqında yanlış rəy formalaşdırmaq üçün qondarma faktlar yayırlar” “Meydan TV”-ni idarə …

Bir cavab yazın