Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Maqsud İbrahimbəyov dəfn edildi – FOTOLAR, YENİLƏNİB2

Maqsud İbrahimbəyov dəfn edildi – FOTOLAR, YENİLƏNİB2

Yazıçı Maqsud İbrahimbəyov l Fəxri Xiyabanda dəfn olunub. 
Musavat.com xəbər verir ki, dəfn mərasimində dövlət rəsmiləri, tanınmış ictimai-siyasi xadimlər iştirak ediblər.
Qeyd edək ki, M.İbrahimbəyov Zəlimxan Yaqubun yanında torpağa tapşırılıb.
14:54
Vida mərasimini yazıçı Anar giriş sözü ilə açıb. O bildirib ki, mərhum yazıçı ilə 56 illik dostluğu olub:
“Maqsudla 56 il öncə tanış olmuşuq, ilk gündən dostlaşmışıq. Birlikdə ssenarilər yazmışıq, xarici ölkələrə səfərlər etmişik.  Heç vaxt təsəvvür etməzdim ki, Maqsudun dəfn mərasimində iştirak edəcəyəm. Həyatımın çox hissəsi onunla keçib. Onun ölümündən danışmaq ağırdır, çətindir”.
Daha sonra Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, Azər Paşa Nemətzadə, M. İbrahimbəyovun oğlu çıxış ediblər. Mərhumun qardaşı Rüstəm İbrahimbəyov isə çıxış etməyib.
Vida mərasimi 14:00-da bitib.
Mərhumun nəşi dəfn olunmaq üçün I Fəxri Xiyabana aparılıb.
 
 
14:21
 
Akademik Milli Dram Teatrında xalq yazıçısı Maqsud İbrahimbəyovla vida mərasimi keçirilir.
Musavat.com saytının mərasimdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, yazıçını son mənzilə yola salmağa mərhumun yaxınları, sənət dostları gəliblər.
Qardaşı Rüstəm İbrahimbəyov da mərasimə qatılıb.
Yazıçı Natiq Rəsulzadə Maqsud İbrahimbəyovun vəfatından danışıb.
 
O, jurnalistlərə açıqlamasında bildirib ki, yazıçının ölümü Azərbaycan mədəniyyəti üçün böyük itkidir: 
“Maqsud mənim 40 illik dostumdur. Onun ölümündən danışmaq mənim üçün çətindir. Onun ölümü mədəniyyətimiz, kinomatoqrafiyamız üçün ağır itkidir. Ondan gənc nəsillərə gözəl filmlər, əsərlər qaldı. Allah rəhmət etsin”.
Qeyd edək ki, vida mərasimi saat 12.00-dan 14.00-a qədər baş tutacaq.
M. İbrahimbəyov I Fəxri Xiyabanda dəfn olunacaq.




















Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın