Bazar ertəsi , Mart 8 2021
Ana səhifə / Siyasət / Manukyan Paşinyanı Elçibəylə müqayisə etdi, Bakıdan sərt cavab gəldi

Manukyan Paşinyanı Elçibəylə müqayisə etdi, Bakıdan sərt cavab gəldi

Ermənistan müxalifətinin baş nazir postuna vahid namizədi Vazgen Manukyan Nikol Paşinyanı Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəylə müqayisə edib. Həm də ironik formada. Manukyan deyib ki, indi bizim də öz Elçibəyimiz var və “əraziləri” də elə ona görə itirdik, Azərbaycan Ermənistanın “Elçibəyi”nin mövcudluğundan istifadə edib torpaqları aldı.

Vazgen Manukyanın bu müqayisəsinə Elçibəy İnstitutunun rəhbəri Oqtay Qasımov münasibət bildirdi. “Yeni Müsavat”a açıqlamasında Oktay Qasımov qeyd etdi ki, erməni cəmiyyətinin xəstə, faşist, terrorçu zehiniyyətinin əsas daşıyıcılarından, Azərbaycan ərazilərinin işğal olunmasının əsas təşəbbüskarlarından biri məhz Vazgen Manukyan olub: “Ona görə də belə bir terrorçunun dilindən Əbülfəz Elçibəyə qarşı fikirlər eşitmək heç də təəccüblü deyil. Manukyanın və digər onun kimi erməni terror ideoloqlarının Əbülfəz Elçibəyə qəzəbi təbiidir. Çünki həmin Vazgen Manukyanın Ermənistan müdafiə naziri olduğu dövrdə Ermənistanın işğalı altında olan keçmiş Şaumyankənd – indiki Ağcakənd işğaldan azad olunub, erməni ordusu Ağdərədə məğlub edilib və Ağdərədə rayonu erməni işğalından azad olunaraq Tərtər-Kəlbəcər yolu açılıb. Əbülfəz Elçibəyin erməni işğalına qarşı münasibəti birmənalı olub.

Manukyan gözünün içinə qədər yalan danışır və Elçibəyin hakimiyyətdə olduğu müddəti təhrif edir, 1992-1994-cü illər kimi göstərir. Əbülfəz Elçibəyin hakimiyyətdə olduğu dövr bəllidir. Elçibəy hakimiyyətdə olanda bəli, özü də etiraf edib ki, ən böyük uğursuzluq Kəlbəcər rayonunun itirilməsi ilə bağlı olub. Hansı ki, Kəlbəcərin işğalından az sonra BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin qəbul olunmasına Elçibəy hakimiyyəti nail olmuşdu. Bu qətnamənin tələbinə uyğun olaraq Kəlbəcərdən erməni qoşunlarının çıxmasının qrafiki də müəyyənləşmişdi. İyun qiyamı buna imkan vermədi. Manukyanın apardığı müqayisə isə olduqca yersiz və məntiqsizdir. Manukyanlar, Köçaryanlar, Serj Sərkisyanlar, Seyran Ohanyanlar əslində bugünkü rəzil, məğlub, acınacaqlı vəziyyətdə çabalayan Ermənistanın memarlarıdır. Səfil Ermənistanın memarları Nikol Paşinyan yox, məhz bunlardır. Ermənistan əhalisi, elə Nikol Paşinyanın özü Vazgen Manukyan, Robert Köçəryan, Serj Sərkiyan, Seyran Ohanyan kimi terrorçuların əsiri, qurbanıdırlar. Ermənistanın üz-üzə qaldığı durumun, fəlakətin əsas səbəbkarları bu terrorçu dəstədir”.

O.Qasımov xatırlatdı ki, Vazgen Manukyan 1980-ci illərin sonundan Qarabağ komitəsinin əsas yaradıcılarından biri idi, işğala rəhbərlik etmiş şəxslərdən biri məhz o olub: “Ondan sonra erməni xalqının fəlakət ssenarisini davam etdirən Köçəryan, Serj Sərkisyan və digərləri olub ki, onların siyasəti Ermənistanın, erməni əhalinin faciələrinin əsasını qoydu. Onlar bu gün də öz xalqlarına faciələr yaşatmağa çalışırlar. Bugünkü rəzil, ac Ermənistan məhz bu faşist zehniyyətli terrorçuların əsəridir. İndi Manukyan və digər terrorçular öz tarixi cinayətlərini öz üzərilərindən atmaq üçün vurnuxurlar, bütün faciələrin basiskarı kimi Paşinyanı hədəf göstərirlər. Paşinyan özü isə bəyan edib ki, o, çökdürülmüş Ermənistanı Serj Sərkisyandan təhvil almışdı”.

O.Qasımov onu da bildirdi ki, Azərbaycan dövləti ölkənin prezidenti və milli azadlıq hərəkatının lideri olmuş Əbülfəz Elçibəyə qarşı bu tipli fikirlərə cavab verməlidir, çünki Elçibəy Azərbaycan dövlətini təmsil edib.

Həmçinin oxuyun

“Laçın dəhlizinin Ermənistan-Azərbaycan sərhədinə baxan ağzını bağlamalıyıq”

Rusiya sülhməramlılarının vaxtaşırı sərgilədiyi davranışlar Azərbaycan ictimaiyyəti tərəfindən narazlıqla qarşılanır. Növbəti dəfə sülhməramlı kontingentin hərbçilərinin …