Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Siyasət / Mandatı olmayan partiyaların maliyyələşmə problemi

Mandatı olmayan partiyaların maliyyələşmə problemi

Milli Məclisin dekabrın 28-də keçirilən plenar iclasında “Siyasi partiyalar haqqında” Qanuna bəzi dəyişikliklər olunub. Bu dəyişikliklər daha çox dövlət büdcəsindən maliyyələşən partiyalarla bağlı olub.

Məlumat üçün bildirək ki, qanunun hazırda qüvvədə olan mətnində “dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizinin siyasi partiyalar tərəfindən irəli sürülən, etibarlı səslərin azı 3 faizini qazanan, lakin Milli Məclisdə təmsil olunmayan həmin partiyalar arasında proporsional olaraq bölündüyü” qeyd olunub. Bu sahədə mövcud olan boşluqların aradan qaldırılması üçün təklif olunan yeni dəyişiklikdə həmin məbləğ 10 faizdən 5 faizə endirilir. Məbləğin digər 5 faizi isə təkrar və əlavə seçkilərdə qələbə qazanan deputatların partiya mənsubiyyətinin yaranması ilə əlaqədar parlamentdə təmsil olunan yeni siyasi partiyalara ayrılır.

Təklif olunan dəyişikliklərdə isə qanunun tətbiqi zamanı yarana biləcək vəsait çatışmazlığının aradan qaldırılması mexanizmləri, siyasi partiyaları təmsil edən deputatların saylarının artması və azalması, Milli Məclisdə yeni siyasi partiyaların təmsil olunması hallarında vəsaitin hesablanma tarixi əksini tapıb. Dəyişikliklərdə siyasi partiyaların dövlət büdcəsindən ayrılan vəsaitdən imtina etdiyi zaman həmin vəsaitin dövlət büdcəsinə qaytarılması yox, Milli Məclisdə təmsil olunan partiyalar arasında dördüncü rübün sonunda bərabər olaraq bölünməsi nəzərdə tutulub.

Bu dəyişikliklər bir çox məsələləri yenidən aktuallaşdırıb. Bəllidir ki, dövlət büdcəsindən maliyyələşənlər parlament partiyalarıdır. Ölkədə 50-dən çox qeydiyyatı olan siyasi partiya var ki, heç bir vəsait almır. Amma hökumət bu partiyaları da qapı arxasında saxlamır. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin son bir ildə partiya rəhbərləri ilə mütəmadi görüşlər keçirməsi, bir sözlə, iqtidarla müxalifət arasında sağlam dialoq mühitini yaratması, son olaraq da bir çox partiyaların qərargahla təmin olunmaları çox mətləblərdən xəbər verir. Bütün bunlardan çıxış edərək, qeydiyyatı olan bütün partiyaların maliyyələşməsinin vacibliyindən söz açılır.

Razi Nurullayev vəd etdiyi adları çəkdi: Rövnəq Abdullayev, Cahangir  Əsgərov...

Razi Nurullayev: “Elə bir qanun yoxdur ki, bütün siyasi partiyalara dövlət tərəfindən yardım göstərilsin”

Yeni parlament partiyalarından olan Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev hesab edir ki, dünyanın heç bir ölkəsində fəaliyyət göstərən bütün siyasi partiyalar maliyyələşmir: “Siyasi partiyaların maliyyələşməsi “Siyasi partiyalar haqqında” qanunla tənzimlənir. O qanunlara əsasən də parlamentə düşən partiyalar maliyyələşir. Eyni zamanda seçki ərəfəsində 3%-dən çox səs toplayan partiyalara da bu qanunla müəyyən qədər maliyyə ayrılır. Amma dünyanın heç bir yerində elə bir qanun yoxdur ki, bütün siyasi partiyalara dövlət tərəfindən yardım göstərilsin. Məncə, dövlət tərəfindən siyasi partiyalara yardım göstərilməsi onların missiyasına ziyan vurmuş olar. Onun üçün də Azərbaycanda siyasi partiyaların fəaliyyət göstərməsi üçün daha uyğun şərait qurula bilər. Amma dövlətin qeydiyyatdan keçən bütün partiyalara maliyyə ayırması mümkün görünmür. Bu tələb, istək var və mən bunu başa düşürəm, alqışlayıram. Doğrudan da çox istərdim ki, Azərbaycandakı siyasi partiyaların heç bir maliyyə problemləri olmasın. Çünki bu problemi olan partiya necə fəaliyyət göstərə bilər? Bu gün siyasi partiyaların vəsait cəlb etmələri çox çətindir. Bizdə bu sahədə hələ oturuşmuş siyasi mədəniyyət formalaşmayıb. İndi bu istiqamətdə müəyyən işlər gedir. Prezident Administrasiyasında yaradılan Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi doğrudan da müəyyən addımlar atıb. Qanuna da yeni dəyişikliklər olundu. Bütün bunlar da siyasi partiyalara vəsait cəlb etməyə imkan yaradır və yaradacaq da. Qanuna yəqin ki, yeni-yeni dəyişikliklər də nəzərdə tutulacaq. Düşünürəm ki, siyasi partiyalar seçkilərdə fəal olub, müəyyən faiz baryerini keçməlidirlər”.

Partiyaların yalnız adları qalıb... - Tural Abbaslı

Tural Abbaslı: “Qanunda maddələr üzrə dəyişikliklər yox, kökündən dəyişmə olmalıdır”

AĞ Partiya başqanı Tural Abbaslı bu istiqamətdə köklü dəyişikliklərə böyük ehtiyac duyur: “Son zamanlar çoxpartiyalı sistemin inkişaf etməsi üçün hakimiyyət bəzi addımlar atdı. Bunlar təqdirəlayiqdir. Partiyaların qeydiyyat məsələlərinin həll olunması, ən azından mərkəzi ofislə təmin olunması müsbət haldır. Eyni zamanda partiyalara media məkanında yaradılan süni əngəllər də aradan qaldırılıb. Amma təbii ki, əsas məsələlərdən biri də partiyaların maliyyələşməsidir. Burada isə əsas müzakirələr parlament partiyası olmayan və maliyyələşməyən partiyalardan gedir. Əslində qanunda bu nəzərdə tutulub, cüzi miqdarda olsa belə. Səhv etmirəmsə, namizədlər verib, amma parlamentə düşməsə də, 3 faizdən çox səs toplayan partiyalara ayrılan məbləğin beş faizi şamil olunur. Bu da çox az miqdar təşkil edir. Seçkilərin isə necə keçirildiyini nəzərə alsaq, burada da ədalətsizlik var. Amma onu da qeyd edim ki, reytinq cədvəli də olmalıdır. Partiyaların seçkilərdə topladıqları səslər, onların funksionerlərinin mətbuatdakı müsahibələri, siyasi proseslərə təsir imkanları nəzərə alınmalıdır və ədalətli şəkildə partiyalar maliyyələşməlidir. Düşünürəm ki, partiyalar haqqında yeni qanuna ehtiyac var. Mövcud qanun müasir Azərbaycan siyasətinin tələblərinə cavab vermir. Bu baxımdan qanunda maddələr üzrə dəyişikliklər yox, kökündən dəyişmə olmalıdır”.

Baxar.az | Xəbər portalı

Fuad Əliyev: “Partiyaların maliyyələşməsi ancaq proporsional qaydada keçirilən seçkilərdə olur”

ALDP rəhbəri Fuad Əliyev: “Qəbul olunan qanun bütün partiyalara şamil olunmayacaq. Seçkilərdə iştrak edən partiyalar nəzərdə tutulur. O ayrılan maliyyə parlamentdə təmsil olan və olmayan partiyalar arasında bölünəcək. Parlamentdə təmsil olunmayan partiyalara və seçkilərdə 3 faizdən yuxarı səs toplayanlara ayrılan vəsaitdən 5 faiz bölünəcək. Bundan qabaq ALDP seçkilərdə iştirak edən, parlamentdə təmsil olunmayan və maliyyə almayan partiyadır. Biz təklif edirdik ki, seçkilər proporsional və majoritar qaydada keçirilsin. 100 faiz majoritar qaydada keçirilən seçkilərdə qazanılan faizləri əsas götürüb partiyaların maliyyələşməsi düzgün deyil. Partiyaların maliyyələşməsi ancaq proporsional qaydada keçirilən seçkilərdə olur. Təklifimiz, parlament seçkiləri yarı proporsional, yarı majoritar keçsin. İlkin olaraq. Bir seçkidən sonra 100 faiz proporsional keçirilməsinin tərəfdarıyıq”. Musavat.com

Həmçinin oxuyun

Moskva görüşünün tarixi açıqlandı

Yanvarın 30-da Moskvada Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk və Ermənistan baş …