Şənbə , Avqust 24 2019
Ana səhifə / Siyasət / Manatın ən böyük ucuzlaşma periodları – 4 devalvasiyanın tarixi

Manatın ən böyük ucuzlaşma periodları – 4 devalvasiyanın tarixi

Azərbaycanın milli valyutası olan manat 1992-ci il avqustun 15-dən tədavülə buraxılıb. Buna qədər azərbaycanlılar sovet rubluna manat deyirdilər. Müstəqillik şəraitində Azərbaycanda ilk vaxtlar manatla yanaşı, sovet rublu, sonradan isə rus rublu ilə paralel istifadə olunurdu.
1993-cü il noyabrın 22-dən sovet və rus rubllarının dövriyyədən çıxarılmasına başlanıldı.
Beləliklə, 1994-cü il yanvarın 1-dən manat Azərbaycanda yeganə ödəniş vasitəsi hesab olundu.
Modern.az saytının məlumatına görə, 1992-ci ildə Fransada istehsal edilən ilk manatlar 1, 10 və 250 nominalında idi (1 manat 10 sovet rublunun bərabər idi). Bundan başqa, 5, 10, 20 və 50 qəpiklər də xırda pul kimi vətəndaşların istifadəsinə verildi.
1992-ci ilin dekabrında bu əskinaslara 5, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manatlıqlar da əlavə edildi.
Lakin 1994-cü ildə Azərbaycanda çox ciddi inflyasiya baş verdi və manat 17 dəfə dəyər itirdi.
Ümumiyyətlə,  1994-1995-ci illər Azərbaycan manatı üçün ən ağır dövr hesab olunur.
Əgər 1994-cü ildə 1 dollar orta hesabla 678 manata bərabər idisə, 1995-ci ildə bu nisbət kəskin artaraq 4413 manat təşkil etdi. Belə şəraitdə, heç bir dəyər ifadə etmədiyi üçün bütün qəpiklər və 1, 5, 10 manatlıq əskinaslar dövriyyədən çıxarıldı.
1996-cı ildə isə Milli Bank 50 min manatlıq əskinası tədavülə buraxdı. Həmin illərdə manatın möhkəmlənməsi üçün tədbir görülsə də, bu, qısa müddət effektli oldu. Valyutadəyişmə məntəqələrində 1 dolları 3900 manata dəyişdirməyə başladılar. Lakin dünya bazarlarında neftin qiymətinin 1 barelə görə 10 dollardan aşağı düşməsi və 1998-ci ildə Rusiyanın defolt elan etməsi Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşmədi. O zaman hökumət manatın kursunu dollar qarşısında sabit saxlaya bilmədi.
1999-cu il iyulun 8-də Milli Bank manatın məzənnəsini 6,9 faiz ucuzlaşdırdı. Nəticədə 1 dollar yenidən 4155 manata bərabər oldu.
1999-cu ildən 2006-cı il yanvarın 1-nə  kimi (manatın denominasiya olunmasına qədər) manat dollar qarşısında stabil şəkildə ucuzlaşdı. Bu ucuzlaşma 6 il ərzində 20 faizi keçdi. 2005-ci ilin fevralında dollarla manatın nisbəti 1:4918-ə bərabər idi.

 

Həmçinin oxuyun

Etibar Məmmədov aktiv siyasətə qayıdır? – AMİP liderinin dünəni, bu günü və perspektivləri

Redaksiyadan: Müstəqilliyimizi elan edəndən bəri Azərbaycanda dondurulmuş bir siyasi mühit mövcuddur. Xarici güclərin dəstəyini alaraq, …

Bir cavab yazın