Ana səhifə / Siyasət / “Mambo Beach Club”un özəl polisi var..? (FOTO)

“Mambo Beach Club”un özəl polisi var..? (FOTO)

Yay gələn kimi çimərliklərin zəbt olunması ən gəlirli biznesə çevrilir. Bəzi oliqarxlar heç bir əsas olmadan çimərlik sahələrini hasarlayırlar. Bu o demək deyil ki, həmin sahəyə vətəndaşlar buraxılmır. Əksinə, müəyyən haqq ödəməklə həmin çimərlik sahəsinə icazə verilir. Bugünlərdə Həqiqət Tağıyeva Qafqaz Xəbər Agentliyinə müraciət edib: “ Bugünlərdə mən Şıx çimərliyindəki Mambo Beach Club istirahət mərkəzində oldum. Mambo Beach Club dənizin sahilində böyük bir sahəni zəbt edərək öz çimərliyini yaradıb. Və çimərliyə daxil olmaq, onun hovuzlarından istifadə etmək üçün 30 manat ödəməlisən. 30 manatdan əlavə əməkdaşlara 5 manat da depozit ödəməlisən. Ancaq bu yüksək qiymətlərə baxmayaraq qulluq arzuolunan deyil”. Tağıyevanın sözlərinə görə, Mambo Beach Club-u özlərinin xidmət əməkdaşları deyil, polislər mühafizə edir. Məsələ ilə bağlı Bakı ŞİH-nin mətbuat katibi Nailə Məmmədova bizə bildirdi ki, çimərliklərin pullu istifadəsi qanunsuzdur. Məmmədova bizə məsləhət bildi ki, Mambo Beach Club-un yerləşdiyi Səbail RİH-ə müraciət edək. RİH-nin şöbə müdiri İstafil Kərimov bizə bildirdi ki, icra hakimiyyphotoətinin Mambo Beach Club-un fəaliyyətinə heç bir dəxli yoxdur. Kərimovun sözlərinə görə, çimərliklərin fəaliyyəti ilə Bakı ŞİH məşğul olur: “ Xidmətlərin haqqını isə Bakı ŞİH-nin Ticarət Departamenti müəyyən edir”. f16a2bf7282376f482c7d3e1d8f63ce3-16072015-1528-mambobeach-1000x1000-300x300Bir müddət sonra İsrafil Kərimov yenidən bizmlə əlaqə saxlayaraq bildirdi ki, Şıx çimərliyi Bibiheybət qəsəbəsinin tabeçiliyindədir: “ Mənə qəsəbə nümayəndəliyindən bildirdilər ki, Bakı ŞİH-nin qərarına görə, çimərliyə giriş pulsuzdur. Ancaq xidmətə görə pul ödənilməlidir”. Müxbirimizin “ Belə çıxır ki, Mambo Beach Club Bakı ŞİH-nin qərarını nəzərə almır?” sualına Kərimovun cavabı belə oldu: “ Çıxır ki, elədir”. Həqiqətənmi, Mambo Beach Club-u polis əməkdaşları qoruyur? Doğrudanmı, Bakı ŞİH-nin qadağasına baxmayaraq mərkəz çimərliyə görə pul alır? Mambo Beach Club-un əməkdaşı bizə bildirdi ki, bəli, bizim təhlükəsizliyimizi polis əməkdaşları həyata keçirir. İstirahət mərkəzinin əməkdaşı onu da təsdiq elədi ki, bizim çimərlik və hovuzlardan istifadəyə görə pul alırıq. Müxbirimizin “ Sizə məlumdur ki, icra hak47393_src3imiyyətinin qərarına əsasən vətəndaşlar çimərlikdən pulsuz istifadə etməlidir?” sualına mərkəzin əməkdaşı cavab vermədi. Səbail rayon mühafizə polisinin rəisi Habil Əsədov isə bizə bildirdi ki, Mambo Beach Club-un işçilərinin dedikləri düz deyil, mənim əməkdaşlarım həmin mərkəzi qorumur. Müxbirimizin “Bəs oranı kim mühafizə edir?” sualına Əsədovun cavabı belə oldu: “ Bilmirəm”. Məsələ ilə bağlı 1362129174_0001“Konstitusiya” fondunun rəhbəri, hüquq müdafiəçisi Əliməmməd Nuriyev isə aşağıdakıları söylədi: “ Mühafizə polisi hansı əsasla Mambo Beach Club-u mühafizə etdiklərinə aydınlıq gətirməlidirlər. Çünki xüsusi şirkətlərin qorunması müqavilə əsasında olmalıdır. Mütləq aydınlıq gətirilməlidir ki, müqavilə olmadan hansı rəisin əmri ilə istirahət mərkəzini polislər qoruyur. Bəlkə, istirahət mərkəzinin özünün polisi var?”. Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə Qafqaz Xəbər Agentliyinə bildirdi ki, Mambo Beach Club-un sahibinin Bakı ŞİH-nin qərarını nəzərə almaması ciddi qanun pozuntusudur.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın