Şənbə , Dekabr 5 2020
Ana səhifə / Siyasət / Maliyyə Nazirliyi QHT-lərə müraciət etdi

Maliyyə Nazirliyi QHT-lərə müraciət etdi

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanununun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları (QHT) illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Virtualaz.org-un nazirliyin mətbuat xidmətinə istinadən xəbərinə görə, məlumatda deyilir ki, “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli qərarı ilə təsdiq edilmiş və normativ hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib. Adı çəkilən qanunun 31.8-ci maddəsinə əsasən illik maliyyə hesabatlarınız 30 gün müddətində Maliyyə Nazirliyinə təqdim edilməlidir.

Bundan başqa, Maliyyə Nazirliyi tərəfindən QHT-dən illik maliyyə hesabatların elektron alınması məqsədilə Qeyri-hökumət təşkilatların elektron hesabatlılıq Proqramı hazırlanıb. www.qht-hesabat.maliyye.gov.az sayt vasitəsilə qeydiyyatdan keçərək elektron qaydada hesabatlarınızı təqdim edə bilərsiniz.

Maliyyə hesabatlarının təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulub.

Həmçinin oxuyun

“Qarabağı azad edən xalq nədən korrupsiyanın qarşısında aciz qalmalıdır ki…?”

Qarabağın azadlığı uğrunda 2783 şəhid verərək, Şuşa kimi əlçatmaz  qalanı igidlərimizin canı və qanı bahasına …

Bir cavab yazın