Cümə , Dekabr 9 2022
Ana səhifə / Siyasət / “Makron öz şərəf və ləyaqətini…” – DEPUTAT

“Makron öz şərəf və ləyaqətini…” – DEPUTAT

Deputat Fəzail Ağamalı parlamentdəki çıxışında Fransa prezidenti Makronun sərsəm fikirləri ilə bağlı həmkarlarının dediklərini müdafiə edib. 

Deputat bildirib ki, burda irəli sürülən təkliflər reallaşdırılmalıdır. Onun sözlərinə görə, prezident Makronun Azərbaycan dövlətinə qarşı sərsəm fikirlər söyləməsi birinci hal deyil: “O, heç bir halda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində iştirak etməli deyil, çünki o, birmənalı şəkildə Ermənistanın yanındadır”.

F. Ağamalı Ermənistanın “sülhəpərvər və tolerant olduğunu” iddia edən Fransa prezidentinin fikirlərinə tutarlı arqumentlərlə etiraz edib. O deyib ki, Fransanın siyasətini neft-qaz siyasətinə dəyişməyəcəyini iddia edən Makron əslində özünün şərəf və ləyaqətini erməni pullarına satıb.

Azərbaycanı sanksiya ilə təhdid edən Makronun dediklərinə cavabında F.Ağamalı deyib: “Biz Fransa ilə münasibətlərimizə, diplomatik əlaqələrimizə yenidən baxmalıyıq və bununla bağlı XİN-in mövqeyini gözləyirik”. /Musavat.com

Həmçinin oxuyun

“Müdrik qardaşım Patriarx Kirillə Azərbaycan xalqı adından minnətdarlığımı ifadə edirəm” – QMİ sədri

30 illik işğal dövründə Azərbaycanın Qarabağ torpaqlarında mədəni-mənəvi irs abidələrinə qarşı həyata keçirilmiş vandalizm aktlarını, …