Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Siyasət / Makron Fransanın dövlət maraqlarını tərəddüt etmədən erməni lobbisinə satıb – Ramil Hüseynov

Makron Fransanın dövlət maraqlarını tərəddüt etmədən erməni lobbisinə satıb – Ramil Hüseynov

Mənşəyi və mənbəyi bəlli olmayan “millətin” teror qrupunun əsirinə çevrilmiş şəxs ölkə başçısı statusunu qazana bilməz. Fransa dövlətçilik tarixinə malik olan ölkə olsa da, bunu fransa xalqı dərin təhlil etməli, ölkənin kimlərin nəzarəti altında olduğunu düşünməlidilər. Çünki tarix baş verənlərdən dərs çıxara bilməyənləri bağışlamır.

1933-ci ildə Adolf Hitler və rəhbərlik etdiyi nasistlər seçki yolu ilə hakimiyyətə gəldilər. Sonrakı dövrdə bunun Almaniya üçün necə böyük fəlakətə səbəb olduğunu bütün dünya gördü. Bu gün reallığ odur ki, prezident Emmanuel Makron Fransanın dövlət maraqlarını tərəddüt etmədən erməni lobbisinə satıb. Erməni xislətinin, xəstə ideologiyasının əsirinə, girovuna çevrilib. Fransa kimi bir dövlətin taleyi, gələcək aqibəti sual altındadır. Düzdür, Makronun nankorluğu, riyakarlığı birinci dəfə deyil özünü göstərir. Ancaq Fransa prezidentlərinin heç biri Makron qədər siyasi simasız olmayıb. Bu da onu göstərir ki, Makron öz iradəsinə hökm edə bilmir. Bunun başlıca səbəblərindən biri Makronun siyasi xarizmaya malik olmamasıdır. Fransua Mitteran, Jak Şirak Fransa siyasi tarixində özünəməxsus çəkiyə malik olublar. Çünki bəlli xarizmaya malik olublar. Nikola Sarkozi daha çevik prezident təəssüratı yaradırdısa, Fransua Olland ziyalı tipajına malik bir prezident idi. Ancaq sadalanan keyfiyyətlərin heç birı Makronda yoxdu. O üzdən, onun ölkəyə rəhbərlik etməsi Fransaya utancdır.

Cənab Makron sizin nə siyasi ədəb-ərkandan, nə siyasi davranış qaydalarından, nə də siyasi etikadan xəbərəniz yoxdur. Bu Fransa xalqı üçün utancverici bir hadisədir. Uzun illərin dövlətçilik ənənəsinə malik olan bir dövləti belə obyektivliyi öz hisslərindən irəli gələn maraqlara qurban verən şəxsə etibar etmək müasir dünyada ciddi fəsadlara gətirib çıxardacaq. Əslində Azərbaycanın  uğurlu diplomatiyasnı həzm edə bilməyənləri, şanlı ordumuzun qələbəsini qəbullanmayanları biz çox gözəl tanıyırıq. Sizin ikili standartlarla siyasi riyakarlıqla oynadığınız oyunlar, yanaşmalar arxivə çevrildi. Biz öz xalqımızın birliyi və həmrəyliyi ilə ədalətli mübarizədə qalib gəldik. Torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik. Bundan sonra da müdrik xalqımız bü cür təxribatçı düşmənləri nəzərə alaraq birliyimizin, həmrəyliyimizin möhkəmlənməsi istiqamətində lazımi addımları atacaq. Şanlı odlar diyarı Arbaycan uğrunda!

Ramil Hüseynov, Yeni Yol Partiyasının sədri

Həmçinin oxuyun

Laçının azad edilməsindən iki il ötür

Laçın rayonunun Ermənistan işğalından azad edilməsindən 2 il ötür.Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə …