Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Siyasət / Mais Məmmədov: “ANS-in qapısı hələ də möhürlüdür”

Mais Məmmədov: “ANS-in qapısı hələ də möhürlüdür”

ANS-in ofisi məhkəmə prosesi başlayan gündən möhürlüdür və kanalın rəhbərliyi içəri daxil ola bilmir.

Bunu virtualaz.org-a ANS teleşirkətinin vitse-prezidenti Mais Məmmədov deyib.

Onun sözlərinə görə, telekanalın bütün avadanlıqları möhürlü ofisdədir və onları götürə bilmirlər.

Mais Məmmədov onu da əlavə edib ki, bağlanmış telekanalın rəhbərliyi və əməkdaşları hazırda ANS şirkətlər qrupuna daxil olan “ANS Kommers” şirkətinin ofisindədirlər.

*   *   *13:19

Zoologiya İnstitutunun direktoru Elman Yusifov «Amerikanın Səsi»nə bildirib ki, ANS icarə müqaviləsini Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlayıb.

«Müqavilənin vaxtı bitdiyindən ANS-lə yeni müqavilə bağlanmayıb. Binada ANS-in yerləşdiyi sahələr artıq Zoologiya İnstitutuna qaytarılmasına start verilib. Təhvil-təslim komissiyası fəaliyyət göstərir. Sadəcə ANS-in rəhbərliyi texniki avadanlıqları, maşın və mexanizmləri ərazidən çıxarmaq üçün vaxt verilməsini xahiş edib. Onlar yeni ofis icarəyə götürən kimi avadanlıqların boşaldılmasına başlanılacaq», – o qeyd edib.

Məsələyə, hələlik, ANS rəhbərliyindən münasibət almaq mümkün olmayıb

Həmçinin oxuyun

“Nə birinci, nə də ikinci bəyanatda status məsələsi yoxdur” – Ziyafət Əsəgərov

Azərbaycan qanunvericiliyinə görə, 10 noyabrdan sonra həbs edilmiş ermənilər təxribatçı və terrorçudur. Cinayət hüququnda hansı …

Bir cavab yazın