Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Mahmudəli Çöhrəqanlıdan Lütfi Zadəyə sərt SÖZLƏR: “Manqurtlaşıblar”

Mahmudəli Çöhrəqanlıdan Lütfi Zadəyə sərt SÖZLƏR: “Manqurtlaşıblar”

Dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, böyük azərbaycanlı Lütfi Zadənin etdiyi kəşflər, elmə verdiyi töhfələr müqayisəolunmazdır.

Maraqlıdır, görəsən uzun müddətdir ABŞ-da yaşayan Lütfi Zadə özünün alim şöhrətindən istifadə etməklə Azərbaycanın problemlərini beynəlxalq tribunalarda, auditoriyalarda səsləndiribmi?

Məsələn, Qarabağ problemini Lütfi Zadə kimi mötəbər bir şəxsin elmi dairələrdə dilə gətirməsi effektiv təsirə malik olardı…

Sualımıza Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri, hazırda Amerikada mühacirətdə yaşayan Mahmudəli Çöhrəqanlıdan cavab almağa çalışdıq. Çöhrəqanlı bir az irəli gedərək, Lütfi Zadənin Azərbaycanla bağlılığına şübhə etdiyini dedi.

Mahmudəli Çöhrəqanlı Modern.az saytına açıqlamasında bildirdi ki, Lütfi Zadə kimi minlərlə alim Azərbaycan barədə qətiyyən düşünmür.

“Tək Lütfi Zadə yox, onun kimi minlərlə alim var. İstər Cənubi Azərbaycandan, istərsə də, Azərbaycan Respublikasından”.

GAMOH lideri qeyd edib ki, Lütfi Zadə başda olmaqla Azərbaycandan olan bir çox alimlər assimiliyasiyaya məruz qalıb.

“Lütfi Zadə kimiləri və Azərbaycandan olan bəzi alimlər assimiliyasiyaya məruz qalaraq, manqurtlaşıblar”.

Mahmudəli Çöhrəqanlı vəziyyətdən çıxış yolu üçün GAMOH-un görə biləcəyi tədbirlərdən danışıb:

“Bizə düşən odur ki, bu cür alimlərin oyanışı və intibahı üçün çalışaq. Bəlkə onlara milli və siyasi şüur verə bildik”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın