Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Siyasət / Madrid prinsipləri Azərbaycan tərəfi üçün daha əlverişsizdir, nəinki erməni tərəfi üçün – Aleksandr İsgəndəryan

Madrid prinsipləri Azərbaycan tərəfi üçün daha əlverişsizdir, nəinki erməni tərəfi üçün – Aleksandr İsgəndəryan

Yerevandakı Qafqaz İnstitutunun direktoru Aleksandr İsgəndəryan hesab edir ki, erməni tərəfi üçün Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında  Madrid prinsiplərindən imtina etmək real deyil.

Xatırladaq ki, Madrid prinsiplərinə bu günlərdə Minsk Qrupunun həmsədrlərinin birgə bəyanatında da istinad edilib. Həmin prinsiplər Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş rayonların Azərbaycanın nəzarətinə qaytarılmasını, Dağlıq Qarabağın aralıq sttausunun müəyyən edilməsini və yekun statusun müəyyən olunması üçün referendumun keçirilməsini nəzərdə tutur. Ermənistanda isə son vaxtlar “bir qarış da torpaq qaytarmamaq” prinsipindən çıxış etməyə başlayıblar və bu ritorika artıq hakimiyyət nümayəndələrinə də sirayət edib. Habelə Madrid prinsiplərinin “köhnəldiyini” və ondan imtina edilməli olduğu haqda bəyanatlar səslənir.

“Aydın məsələdir ki, danışıqlar masasında nə varsa odur. Bu, Madrid prinsipləridir və həmsədrlər o haqda öz bəyanatlarında kifayət qədər aydın bildiriblər. Geniş mənada, müxtəlif nüanslarla, müxtəlif variantlarla, amma dünya ictimaiyyətinin Qarabağ münaqişəsində vasitəçilik və ya danışıq dili Madrid prinsipləridir”-Aleksandr İsgəndəryan bildirib.

Politoloq qeyd edib ki, bu prinsiplər nə azərbaycanlıların, nə ermənilərin xoşuna gəlmir. Amma Madrid prinsipləri Azərbaycan tərəfi üçün daha əlverişsizdir, nəinki erməni tərəfi üçün.

“Ermənistanda liderlər vaxtaşırı olaraq deyirlər ki, onlar Madrid prinsipləri çərçivəsində danışıqları davam etdirməyə hazırdırlar. Bu, cəmiyyət tərəfindən çox pis qarşılanır, amma onlar bunu deyirlər. Azərbaycan rəhbərliyi bunu deyə bilməz, amma danışıqlar real olaraq Madrid prinsipləri ərçivəsində gedir”-İsgəndəryan əlavə edib.

Bununla belə erməni politoloq hesab edir ki, Ermənistanın baş naziri Nikol Painyanla Azər baycan prezidenti İlham Əliyev arasında qarşıdakı görüş danışıqların bərpası olacaq, amma bu görüşdə irəliləyiş əldə edilməsi ehtimalı azdır. “Uzağı onlar növbəti görüş haqda razılaşacaqlar”-o bildirib. (virtualaz.org)

Həmçinin oxuyun

Daniyelyan: “Mnatsakanyanın cavab verə bilmədiyi suallar…”

“Zöhrab Mnatsakanyanın müsahibəsini diqqətlə oxuyun, daha dəqiq desəm, onun cavab verə bilmədiyi KİV-in suallarını oxuyun”. …