Ana səhifə / Siyasət / Məzarın üstündə qanlı gəlincik dünyanın qatilə istehzasıdı – LEYLA ƏLİYEVA

Məzarın üstündə qanlı gəlincik dünyanın qatilə istehzasıdı – LEYLA ƏLİYEVA

Tanınmış publisist-şair Şəmsi Qoca Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ermənilərin 3 gün öncə Füzuli rayonunun Alxanlı kəndində qətlə yetirdiyi 2 yaşlı Zəhranın xatirəsinə həsr etdiyi şeiri Azərbaycan dilinə tərcümə edərək Moderator.az-a göndərib:
Nədən öldürdülər səni ey mələk?
İkillik ömründə günahın nədi?
Nədən soldurdular səni, ey çiçək?
Qoydular torpağa, torpaq göynədi.
Sevdiyin dağları duman bürüdü,
Üstündə gəzdiyin otlar ağladı.
Sənin dodağında donan son gülüş
Dönüb ağır dərdə ürək dağladı…
Düşmən gülləsinə tuş oldu o gün
Bir ana qoynunda bir körpəmiz də.
Qırıldı qanadı uçan quşların,
Hönkürüb ağladı mavi dəniz də.
Köksümə sancılıb bu ağrı, əzab,
Tərpənə bilmirəm, elə bil daşam.
Necə də doğmadı ağrılarımız
Bağışla, mən səni tanımamışam.
Sənə qurşun sıxıb qəh-qəh çəkənlər,
Bir zaman ölümü qucaqlayacaq.
Səni ağlayırdı bütöv bir ölkə,
Görəsən onları kim ağlayacaq?
İndi məzarında solan çiçəklər,
Bir mələk balanın qəm libasıdı.
Məzarın üstündə qanlı gəlincik
Dünyanın qatilə istehzasıdı.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın