Cümə axşamı , Sentyabr 24 2020
Ana səhifə / Siyasət / Məzahir Pənahov yola salınır

Məzahir Pənahov yola salınır

Milli Məclisin payız sessiyasında Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibi yenidən formalaşdırılacaq. 

MSK-nın hazırkı tərkibinin müddəti payızda başa çatır. Məlumat üçün deyək ki, MSK-nın tərkibi 18 üzvdən ibarətdir. Qurumun bütün üzvləri Milli Məclis tərəfindən seçilir.

Seçki Məcəlləsinə əsasən, Komissiyanın 6 üzvü Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı, 6 üzvü bitərəf deputatları, 6 üzvü isə parlamentdə azlıq təşkil edən siyasi partiyaları təmsil edir.

Məlumata görə, bu dəfə MSK-nın sədri Məzahir Pənahov da əvəzlənə bilər. O, artıq 20 ildir ki, quruma sədrlik edir. 

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa da Yenisabah.az-a bildirib ki, hazırkı tərkibin müddəti payızda başa çatır və Milli Məclisin payız sessiyasında bu məsələyə baxıla bilər.

Həmçinin oxuyun

Parlament niyə siyasi meydana çevrilmir?

Azərbaycanın siyasi diskussiyalarının episentri və onun danışan seqmenti 1995-2000-ci illərdə, müəyyən qədər də 2000-2005-ci illərdə …