Şənbə , Dekabr 5 2020
Ana səhifə / Siyasət / Məzahir Pənahov onlara xəbərdarlıq etdi: “Cəzalandırılacaqlar”

Məzahir Pənahov onlara xəbərdarlıq etdi: “Cəzalandırılacaqlar”

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fəaliyyətində nöqsanlara yol verən dairə və məntəqə seçki komissiyalarının sədrlərinə xəbərdarlıq edib.

M.Pənahov bu barədə MSK-nın bu gün keçirilən iclasında çıxışı zamanı məlumat verib.

O bildirib ki, fəaliyyətində qüsurlar olan dairə seçki komissiyalarının sədrləri və məntəqə seçki komissiyalarının sədrləri növbəti seçkilərdə olmayacaqlar: “Fəaliyyətində neqativ hallara yol verən komissiya üzvləri cəzalandırılacaqlar. Qanun pozuntularına yol verən komissiyalar isə buraxılacaq. Buna heç kimin şübhəsi olmasın. Artıq biz bir neçə məntəqə seçki komissiyasının fəaliyyətində baş vermiş pozuntuları araşdırırıq”. /Report

Həmçinin oxuyun

“Azərbaycan az itkilər hesabına qələbəyə nail olub” – İqor Korotçenko

Qarabağda bir nizami ordunun digər nizami orduya qarşı müharibəsi gedirdi. Suriyalı muzdluların hazırlıq səviyyəsi onların …