Ana səhifə / Siyasət / Məzahir Pənahov boş deputat yerlərinə təkrar seçkilərdən danışdı

Məzahir Pənahov boş deputat yerlərinə təkrar seçkilərdən danışdı

“Seçki Məcəlləsinə əsasən, dairə seçki komissiyaları 5 ildən bir yenidən formalaşdırılır. Artıq bu proseslər başa çatıb”.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, məntəqə seçki komissiyaları da yenidən formalaşdırılıb: “Biz indi hazırlıq işləri aparırıq. Seçki komissiyaları hər zaman hazır olmalıdır. Biz o mərhələdəyik və onunla məşğuluq. Heç bir problem yoxdur”.

Milli Məclisdə boş qalan deputat yerlərinə təkrar seçkinin nə zaman keçirləcəyinə gəlincə M.Pənahov söyləyib: “Niyə narahat olursuz? Seçki elan olunanda eşidəcəksiniz. Ondan sonra bir yerdə işləyəcəyik”.

Həmçinin oxuyun

Parlamentin 8 spikeri – hansı yüksək pensiya alıb?

Azərbaycanda qanunverici orqana vaxtı ilə rəhbərlik etmiş şəxslər son günlərdə gündəm olublar. Buna səbəb sabiq …