Cümə , Oktyabr 23 2020
Ana səhifə / Siyasət / “Məzahirə zəng edərəm…“ – Hadı Rəcəblinin səs yazısı yayıldı

“Məzahirə zəng edərəm…“ – Hadı Rəcəblinin səs yazısı yayıldı

9 fevral tarixində keçiriləcək növbədənkənar parlament seçkilərində 74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizəd olan, hazırkı millət vəkili Hadı Rəcəbliyə məxsus olduğu bildirilən  səs yazısı yayılıb.

Hadı Rəcəbliyə məxsus olduğu bildirilən səs yazısında millət vəkili Emil adlı şəxsə müraciət edərək onun namizədliyini geri götürməyi təklif edir.

Qeyd edək ki, 74 saylı Lənkəran kənd seçki dairəsindən Emil adlı yalnız bir nəfər deputatlığa namizəd var. Həmin şəxs 1980-ci il təvəllüdlü Vahabov Emil Eminağa oğludur. Səs yazısında Hadı Rəcəbli Emildən namizədliyini geri götürməyini istəyir. Bildirir ki, lazım gəlsə MSK sədri Məzahir Pənahova zəng edib seçkinin nəticələrini dəyişdirə bilər.  /Yeniavaz.com

Həmin səs yazısını təqdim edirik:

Həmçinin oxuyun

Putin: “Rusiya hər zaman təkcə Ermənistanla deyil, Azərbaycanla da xüsusi əlaqələrə malik olub”

“Rusiya hər zaman təkcə Ermənistanla deyil, Azərbaycanla da xüsusi əlaqələrə malik olub”. APA-nın Moskva müxbirinin …