Bazar ertəsi , May 20 2019
Ana səhifə / Siyasət / “Mətbuatda yanlış xəbərlər yayılır” – MM sədrinin I müavini

“Mətbuatda yanlış xəbərlər yayılır” – MM sədrinin I müavini

“Mətbuatda bəzi qanunların, o cümlədən Cinayət və İnzibati Xətalar məcəllələrinin 2017-ci ildə qəbul edilən “Hərbi vəziyyət haqqında” qanuna uyğunlaşdırılmasını yanlış təqdim edirlər. Cərimələrin artırılması, sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması ilə bağlı fikirlər səsləndirilir. Onlar məsələlərə münasibət bildirərkən konteksdən çıxarırlar, yəni “Hərbi vəziyyət haqqında” qanuna uyğunlaşdırmanı qeyd etmirlər”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədr müavini Ziyafət Əsgərov deyib.

O qeyd edib ki, burada söhbət yalnız ölkədə hərbi vəziyyətin tətbiq olunduğu zamandan gedir. “Hərbi vəziyyət haqqında” qanun nə vaxt tətbiq ediləcəksə, o zaman bu cəzalar tətbiq olunacaq. Bu, bizim beynəlxalq hüquqi öhdəliklərə tam uyğundur. Bu məsələdən yazarkən təhrifə yol verilməməlidir”.

Həmçinin oxuyun

Zərdüşt Əlizadə: “Rusiyanın yeni ekspansiyalar üçün qüvvəsi qalmayıb”

Estoniyanın müdafiə naziri Rusiyanın qərb sərhədlərinə böyük hərbi qüvvələr cəmləşdirdiyi ilə bağlı açıqlama verib. Ölkəsinin  …