Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Mətanət 2-ci ərindən də ayrıldı – Efirdə ağladı +Video

Mətanət 2-ci ərindən də ayrıldı – Efirdə ağladı +Video

Teleaparıcı Mətanət Əliverdiyeva oğlu Oktayla birgə “Bizimləsən” verilişinin qonağı olub.

“Qafqazinfo”nun məlumatına görə, teleaparıcı birinci həyat yoldaşından dostcasına ayrıldığını qeyd edib:

“Çox erkən ailə qurmuşam. Oktayı 19 yaşımda dünyaya gətirmişəm. Qızların erkən evlənməsini məsləhət görmürəm. Oktayın atası və nənəsi ilə əlaqəsi var. Mən keçmiş həyat yoldaşımla elə görüşüb-öpüşürəm ki, hamı barışdığımızı başa düşür. Dostcasına ayrıldıq. Arada Oktay var. Onlara getmişəm, keçmiş qayınanamın mənə göstərmədiyi qayğını indi görürəm. Deyirəm ki, bunu vaxtında edərdin də…Uşaqlarımı min kişidən üstün tuturam”.

Mətanət Əliverdiyeva ilk dəfə ikinci ailə həyatının dağılması barədə açıqlama verib:

“İkinci dəfə ailə həyatı qurdum. Amma həyatdı da… Belə şeyləri nümayiş etməyi sevmirəm. Sevgi öləndə mənim üçün həyat ölür. Mən bu cür insanam. Həyatı güclü sevgidə görürəm. Xeyr, uşaq ailəni bağlamır. İki uşağım var, Allah hamının balasını saxlasın. Bir müddət əvvəl ikinci evliliyimdə sona çatdı. Məni heç kim anlamadı”.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın