Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Mənsimovla Ərdoğan ailəsi arasında daha bir sövdələşmə: “Poet Qabil” Bilalın donanmasında

Mənsimovla Ərdoğan ailəsi arasında daha bir sövdələşmə: “Poet Qabil” Bilalın donanmasında

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, qardaşı və yeznəsinin ortaq şirkəti “BMZ Group Denizçilik LTD” azərbaycanlı oliqarx, gəmiçilik maqnatı Mübariz Mənsimovdan daha bir gəmi alıb.

Virtualaz.org saytı Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, 140 metr uzunluğunda, 17 metr enində olan yeni neft tankerinin inşası tamamlanmaq üzrədir və gəmi Ərdoğanlar ailə şirkətinə 18 milyon dollara başa gəlib.

Gəmi bu il iyulun 1-də dənizə endiriləcək. Şirkətin ortaqları Bilal Ərdoğan, Mustafa Ərdoğan və Ziya İlgendir.

Gəmi “Palmali” şirkətinin sifarişi və vəsaiti hesabına “Türkter Tersanəsi”ndə inşa edilib. Armada tipli tankerə Azərbaycanın mərhum xalq şairi Qabilin xatirəsinə “Poet Qabil” adı verilib.

Bu, “Türkter Tersanesi”ində “BMZ Group”un sifarişi və “Palmali”nin krediti hesabına inşa edilən, Ərdoğanların ailə donanmasına qatılan dördüncü tankerdir. Bundan əvvəl Türkiyə mətbuatı Mənsimovla Ərdoğanlar arasında dolaşıq biznes sövdələşməsi haqda yazaraq bildirmişdi ki, “BMZ Group” “Palmali”nin krediti hesabına inşa edilən tankerləri alır, daha sonra gəmilər Kiprdə qeydiyyatdan keçmiş offşor şirkətə dövr edilir. “Palmali” şirkəti isə tankerləri 10 illiyinə kirayələyir.

İndiyədək bu sxem əsasında “Bəyim Aslanova” tankeri (Mənsimovun nənəsinin adını daşıyır), “Məcid Aslanov” tankeri (azərbaycanlı oliqarxın babasının adıdıdır) və “Şövkət Ələkbərova” tankerləri “BMZ Group” şirkətinə satılıb. Gəmilərin hər biri 18 milyon dollara başa gəlib.

 

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın